Gürcüstanın idman
və gənclərlə iş naziri Azərbaycan Taekvondo Mərkəzi ilə tanış
olmuşdur
Mayın
12-də Gürcüstanın idman və gənclərlə
iş naziri Levan Kipiani Azərbaycan Taekvondo Mərkəzində
olmuşdur.
AzərTAc
xəbər verir ki, Azərbaycanın gənclər və
idman naziri Azad Rəhimov ölkəmizdə dövlət tərəfindən
idmana göstərilən diqqət və qayğısından
danışmış, idmançılarımızın
qazandığı nailiyyətlər barədə ətraflı
məlumat vermişdir. Sonra qonaq mərkəzdəki
üzgüçülük hovuzu, böyük və
kiçik məşq meydançaları ilə tanış olmuşdur.
L.Kipianiyə
Azərbaycan taekvondoçularının uğurları barədə
də məlumat verilmişdir.
Gürcüstanlı
nazir mərkəzdə yaradılmış şəraiti
yüksək qiymətləndirmiş, Azərbaycanın idman
ölkəsinə çevrildiyini vurğulamışdır.
L.Kipianinin
əsas məqsədi ölkələrimiz arasında gənclərlə
iş və idman sahələrində əməkdaşlıq
haqqında mövcud sazişlərin müddəalarının
həyata keçirilməsinin hazırkı vəziyyətini,
əlaqələrin genişləndirilməsi perspektivlərini
müzakirə etməkdir.
Azərbaycan.-2013.-14 may.-S.6.