Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının hazırlıq komissiyasının icraçı katibi ilə görüş

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Vyanada Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının hazırlıq komissiyasının seçilmiş icraçı katibi Lassina Zerbo ilə görüşmüşdür.

Dövlət başçısı əvvəlcə Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının hazırlıq komissiyasının beynəlxalq məlumat mərkəzinin fəaliyyəti ilə tanış oldu.

Komissiyanın seçilmiş icraçı katibi Lassina Zerbo Azərbaycana təşkilata göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə Prezident İlham Əliyevə məlumat verdi.

Söhbət zamanı Azərbaycan ilə Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının hazırlıq komissiyası arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.-15 may.-S.5.