Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sənayenin İnkişafı Təşkilatının
baş direktoru ilə görüşmüşdür
Mayın
14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Vyanada BMT-nin Sənayenin İnkişafı Təşkilatının
baş direktoru Kandeh Yumkella ilə görüşmüşdür.
Görüşdə
baş direktor Kandeh Yumkella Azərbaycana səfərini məmnunluqla
xatırladı, dünyada gedən qloballaşma proseslərinə
toxunaraq sənaye, energetika və digər sahələrdə
müşahidə olunan meyillərdən, bəşəriyyəti
narahat edən problemlərdən danışdı. Müasir
dövrün çağırışlarından bəhs edən
BMT rəsmisi dünyadakı işsizlik problemlərinə
toxundu.
Prezident
İlham Əliyev Azərbaycandakı iqtisadi inkişaf proseslərini
diqqətə çatdıraraq, ölkəmizdə
yoxsulluğun azaldılması, yeni iş yerlərinin
açılması, energetika və digər sahələrdə
görülən tədbirlər barədə məlumat verdi,
respublikamızın əldə etdiyi uğurlardan
danışdı.
Görüşdə
Azərbaycan ilə BMT-nin Sənayenin İnkişafı Təşkilatı
arasında əməkdaşlığın perspektivləri
barədə fikir mübadiləsi aparıldı.
Prezident
İlham Əliyev fəxri qonaqlar kitabına ürək
sözlərini yazdı.
AzərTAc
Azərbaycan.-2013.-15 may.-S.5.