Paraqvay Respublikasının Prezidenti zati-aliləri cənab Luis Federiko Franko Qomesə
Hörmətli cənab Prezident!
Paraqvay Respublikasının
milli bayramı - Müstəqillik Günü
münasibətilə Sizə
və xalqınıza
ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Paraqvay arasında münasibətlər
xalqlarımızın mənafelərinə
uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında
inkişaf edəcəkdir.
Bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Paraqvay
xalqına əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 may 2013-cü il
Azərbaycan.-2013.-15 may.-S.5.