İlham: Prezidentin portretikitabı “Amazon” saytında

 

AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin ingilis dilində ilk bioqrafiyasını indi populyar "Amazon" saytında əldə etmək olar.

"Amazon" internet mağazası bu gün haqlı olaraq dünyanın ən iri onlayn ticarət məkanlarından biri hesab edilir. Yaradılmasından 18 il keçən "Amazon.com" saytının populyarlığı həqiqətən kosmik miqyas almışdır. Bu internet-mağazada təklif edilən mallara baxan alış-veriş edən istifadəçilərin orta statistik sayı gündə 20 milyon nəfərdən çoxdur. Burada satışların xeyli hissəsi kitab, o cümlədən elektron formatlı kitab, habelə multimedia məhsulları satışının payına düşür.

Bu gündən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin ingilis dilində ilk bioqrafiyası "İlham: Prezidentin portreti" (Ilham: Portrait of a President) adı ilə "Amazon.com" saytında satışa daxil olmuşdur. Bu kitabda Azərbaycanın tarixi, ölkəmizin ən qədim dövrlərdən zəmanəmizə qədər siyasi inkişafının spesifikası öz əksini tapmışdır.

Britaniyada tanınmış müəllif sənədli filmlər rejissoru, Kral Coğrafiya Cəmiyyətinin üzvü Qrem Uilson 80-dən çox müsahibə əsasında ingilisdilli auditoriya üçün liderin onun xalqının Azərbaycan geosiyasi arenada misli görünməmiş əhəmiyyət kəsb etdiyi dövrdə onun portretini yaratmağa çalışmışdır.

Kitabda qədim Azərbaycanın tarixinə, cəmi 23 il mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinə, Azərbaycanın sovet dövrünə, ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevin bioqrafiyalarına, onların həyat fəaliyyətinə xüsusi yer ayrılmışdır.

Kitabda Xocalı faciəsi "Qara yanvar" haqqında məlumatlar, habelə Azərbaycanın transparentlik, təhsil, səhiyyə, sosial təminat, uzunömürlülük iqtisadiyyat kimi amillər üzrə inkişafına şərait yaradan məsələlər öz əksini tapmışdır.

Qeyd etmək lazımdır ki, kitabın müəllifi, 42 yaşlı Qrem Uilson 20-dən çox kitabın, o cümlədən, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv, Şri-Lanka, Oman və başqa dövlətlərin rəhbərlərinin bioqrafiyalarının müəllifidir. Rejissor Qrem Uilsonun ssenarisinə əsasən "Discovery" "National Geographic" kanallarında filmlər çəkilmişdir.

 

 

Azərbaycan.-2013.-15 may.-S.6.