Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan xarici işlər naziri Dimitrios Avramopoulosun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Yunanıstan Respublikasının xarici işlər naziri Dimitrios Avramopoulosun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, turizm sahələrində inkişaf etdirilməsi, həmçinin  Avropa İttifaqı və NATO çərçivəsində əməkdaşlıq  məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 1 may.- S.1.