Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Hava
Nəqliyyatı Assosiasiyasının
baş direktoru və baş icraçı direktoru Toni Tayleri qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Beynəlxalq
Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru və
baş icraçı direktoru Toni Tayleri qəbul etmişdir.
İqtisadiyyatın
sürətli inkişafında aviasiya nəqliyyatının
rolunu qeyd edən Toni Tayler dünyada bu sahənin tərəqqisinin
vacibliyini bildirdi. O, Azərbaycanda dövlətin aviasiya nəqliyyatının
inkişafına göstərdiyi diqqəti yüksək dəyərləndirdi.
Prezident
İlham Əliyev Azərbaycanda aviasiya nəqliyyatına
dövlətin daim qayğı göstərdiyini
vurğuladı. Son illər dövlət vəsaiti hesabına
ölkəmizin müxtəlif regionlarında müasir hava
limanlarının inşa olunduğunu və yeni təyyarələrin
alındığını qeyd edən dövlət
başçısı ölkənin biznes, turizm
imkanlarının artırılmasında aviasiya nəqliyyatının
önəmini vurğuladı.
Görüşdə
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ilə "Azərbaycan
Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti
arasında əməkdaşlığın genişləndirilməsi,
aviasiya nəqliyyatı sahəsində yeni tərəfdaşlıq
əlaqələrinin qurulması ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 1 may.- S.1.