Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli
192 nömrəli qərarı ilə təsdiq edilmiş
"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti
subyektinin əməkdaşının və onun ailə
üzvlərinin yeni xidmət yerinə köçməsi və
əmlakının daşınması Qaydası"nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 69 Bakı şəhəri, 29
aprel 2013-cü il
"İcbari sığortalar
haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24
iyun tarixli 165-IVQ nömrəli qanununun tətbiqi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il
15 sentyabr tarixli 500 nömrəli fərmanının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alir:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli
192 nömrəli qərarı (Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 192 nömrəli
qərarı) ilə təsdiq edilmiş "Kəşfiyyat və
əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının
və onun ailə üzvlərinin yeni xidmət yerinə
köçməsi və əmlakının
daşınması Qaydası"nın 4.1-ci bəndindən
"nəqliyyatda sərnişinlərin dövlət icbari
sığorta haqqı," sözləri
çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 1 may.- S. 2.