Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 fevral tarixli 23
nömrəli qərarı ilə təsdiq edilmiş "Ədliyyə
orqanı işçisinin və onun
ailə üzvlərinin yeni qulluq
keçmə yerinə
köçməsi pulunun və birdəfəlik
kompensasiyanın ödənilməsi Qaydası"nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 70 Bakı şəhəri, 29
aprel 2013-cü il
"İcbari
sığortalar haqqında" Azərbaycan
Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli
qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli fərmanının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 fevral tarixli 23
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 183; 2010, ¹ 3, maddə 264)
ilə təsdiq edilmiş "Ədliyyə orqanı
işçisinin və onun ailə üzvlərinin yeni qulluq
keçmə yerinə köçməsi pulunun və birdəfəlik
kompensasiyanın ödənilməsi Qaydası"nın
6.1-ci bəndindən "nəqliyyatda sərnişinlərin
dövlət icbari sığorta haqqı," sözləri
çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 1 may.- S. 2.