Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 fevral tarixli 29
nömrəli qərarı ilə təsdiq edilmiş
"Prokurorluq işçisinin və onun ailə üzvlərinin
yeni qulluq keçmə yerinə köçməsi pulunun və
birdəfəlik kompensasiyanın ödənilməsi
Qaydası"nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 71 Bakı şəhəri, 29
aprel 2013-cü il
"İcbari
sığortalar haqqında" Azərbaycan
Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli
qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli fərmanının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alir:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 fevral tarixli 29
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 156) ilə təsdiq
edilmiş "Prokurorluq işçisinin və onun ailə
üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi
pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi
Qaydası"nın 6.1-ci bəndindən "nəqliyyatda sərnişinlərin
dövlət icbari sığorta haqqı," sözləri
çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 1 may.- S. 2.