Qobustandakı Bayraq
Meydanı ilə tanışlıq
Prezident
İlham Əliyevin Abşeron və Qobustan rayonlarına səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də
Qobustana səfəri çərçivəsində rayon mərkəzindəki
parkda Bayraq Meydanında yaradılmış şəraitlə
tanış olmuşdur.
Ölkəmizdə dövlət rəmzlərimizə hörmət və məhəbbət ulu öndərin xalqımıza ən böyük əmanətlərindən biridir. Müstəqilliyimizin hər bir atributunun Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilməsi Prezident İlham Əliyevin Bakıda möhtəşəm Bayraq Meydanının yaradılması barədə qərarından qaynaqlanır. İndi ölkənin hər bir bölgəsinin ən uca, ən baxımlı yerində üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanır. Qobustan rayonunun mərkəzində yaradılmış Bayraq Meydanı da sakinlərin ən çox üz tutduqları məkanlardan biridir.
Məlumat verildi ki, iki hektar ərazini əhatə edən meydanda ucaldılmış bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bayrağın eni 10, uzunluğu 20 metrdir. Altı ay müddətində inşa olunmuş Bayraq Meydanında geniş abadlıq işləri aparılmışdır.
Yaradılmış
şəraiti yüksək qiymətləndirən dövlət
başçısı tapşırıq və tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan.-2013.- 2 may.- S.1.