Qobustanda Gənclər
Mərkəzi açılmışdır
Prezident
İlham Əliyevin Abşeron və Qobustan rayonlarına səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də
Qobustanda Gənclər Mərkəzinin
açılışında iştirak etmişdir.
Dövlət
başçısı Gənclər Mərkəzinin rəmzi
açılışını bildirən lenti kəsdi.
Prezident
İlham Əliyev Mərkəzlə tanış oldu.
Bildirildi
ki, gənclərin ilkin sənət və peşə vərdişlərinə
yiyələnmələrini təmin etmək və
bütövlükdə onların intellektual səviyyələrinin
yüksəldilməsi məqsədilə tikilmiş Mərkəzdə
ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin
gənclərlə görüşlərini əks etdirən
fotoguşə yaradılmışdır. Yetişməkdə
olan nəslin daha çox maraq göstərdiyi peşələrin
sirlərinə yiyələnmələri üçün Mərkəzdə
müxtəlif kurslar və studiyalar fəaliyyət göstərəcəkdir.
Kompyuter kursları, rəqs və rəsm studiyaları,
atıcılıq klubu üçün xüsusi otaqlar
ayrılmışdır. Buradakı internet-kafe və 3D
kinozalı gənclərin asudə vaxtlarını mənalı
keçirmələrini təmin edəcəkdir. Mərkəzin
binasının sahəsi 882 kvadratmetrdir. Burada bütün
işçi və yardımçı otaqlar ən zəruri
avadanlıqla təchiz olunmuşdur.
Ulu
öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində
belə bir Mərkəzin istifadəyə verilməsinin dərin
rəmzi vardır. Çünki ümummilli lider Azərbaycan
gənclərinin inkişafına, onların sosial məsələlərinin
həllinə, gəncliyin savadlı və intellektual səviyyədə
yetişməsinə xüsusi diqqətlə
yanaşırdı. Ulu öndərin
formalaşdırdığı dövlət gənclər
siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. 2003-cü ildən bu sahədə
kompleks tədbirlər reallaşdırılır. Belə ki,
2005-2009-cu illəri əhatə edən "Azərbaycan Gəncliyi"
Dövlət Proqramının uğurlu icrası bu baxımdan
çox mühüm rol oynamışdır. "Azərbaycan
Gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramı indiyədək həyata keçirilən işlərin
davamlı xarakter daşıdığını göstərir.
Dövlət gənclərimizin intellektual və
yaradıcı potensialının üzə
çıxarılması və ümummilli məsələlərə
yönəldilməsi, xüsusilə regionlarda yaşayan gənclərin
fəallığının artırılması istiqamətində
məqsədyönlü iş aparır. Respublikamızın
bölgələrində, o cümlədən Qobustanda
yaradılan və müasir tələblərə cavab verən
Gənclər Mərkəzi də bu qəbildən
reallaşdırılan tədbirlər sırasındadır.
AzərTAc
Azərbaycan.-2013.- 2 may.- S.2.