Azərbaycan Prezidenti Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri
ilə tanış olmuşdur
Prezident
İlham Əliyevin Abşeron və Qobustan rayonlarına səfəri
Mayın
1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri
ilə tanış olmuşdur.
Azərbaycan
Prezidenti yol ilə bağlı məlumatları və
fotoşəkilləri əks etdirən stendə baxdı.
Dövlət
başçısının tapşırıqlarına əsasən
regionlarda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi
və müasirləşdirilməsi son illərdə daha
geniş vüsət almışdır. Hazırda
respublikamızda kənd yollarının inşası da diqqət
mərkəzindədir. Bu çərçivədə
Qobustan-Xilmilli yolunun yenidən qurulması artıq başa
çatdırılmışdır.
Məlumat verildi ki, yolun tikintisinə 2011-ci ilin sentyabrında başlanılmışdır.
Bu yol 13 min nəfər
əhalinin yaşadığı
altı kəndi rayon mərkəzi ilə birləşdirir. Qobustan-Xilmilli yolunun ümumi uzunluğu 23 kilometrdir.
Azərbaycan Prezidentinin
sərəncamına əsasən
vacib əhəmiyyət
kəsb edən həmin infrastruktur obyektinin reallaşdırılmasına
2011-ci ildə 2 milyon,
ötən il isə 5,3 milyon
manat vəsait ayrılmışdır. Yeni yol Qobustan rayonunun Xilmilli, Sündü, Bəklə, Nabur, Cəyirli və Çalov kəndlərinin
sakinlərinin rahat gediş-gəlişinə hərtərəfli
imkan yaradır.
Prezident
İlham Əliyev burada sakinlərlə görüşdü, yeni
yolun açılışı
münasibətilə onları
təbrik edərək
dedi:
- Xoş gördük. Sizi salamlayıram. Yol çəkilibdir,
rahatdır, yaxşı
istifadə etmək olar. Yol olan yerdə
inkişaf və rahatlıq da vardır. Bu, altı kəndi birləşdirən bir yoldur. Özü də yüksək
keyfiyyətlə tikilmişdir.
Azərbaycan dövləti insanların
rahatlığı üçün
nə lazımdırsa,
onu da edir.
SAKİNLƏR:
Çox sağ
olun, cənab Prezident. Allah Sizdən
razı olsun. Sizə minnətdarıq.
Prezident
İlham ƏLİYEV: Əvvəlki
yolun vəziyyətini
siz hamıdan yaxşı bilirsiniz, gediş-gəliş çox
çətin idi, əziyyət verirdi. Amma indi rayon mərkəzinə,
Bakıya, digər şəhərlərə rahat
gedib-gəlmək olar.
Yol tikintisi
Azərbaycanda sürətlə
gedir. Əlbəttə ki, biz ilk növbədə
əsas şəhərləri
birləşdirən yolların
tikintisi ilə məşğul olmuşuq.
Bakı-Şamaxı yolu yenidən
tikilmişdir, indi isə genişləndirilir,
dördzolaqlı yol olacaqdır. Yəni indi
Bakı ilə Şamaxı arasında məsafə vaxt baxımından daha da qısalacaqdır.
Çünki rahat getmək
olacaqdır. Əlbəttə, magistral yolların təmiri və tikintisindən sonra biz kənd yollarının inşası ilə məşğul olmağa
başlamışıq və
bu yol da
bunun gözəl nümunəsidir.
SAKİNLƏR:
Gözəldir. Çox
sağ olun,
cənab Prezident. Sizə minnətdarıq. Allah Sizdən razı olsun, işinizi avand etsin. Sizə təşəkkür
edirik, çox sağ olun.
Prezident
İlham ƏLİYEV: Sağ olun. Qobustanda 30 yaşayış məntəqəsi vardır.
Bu yol altı
kəndi birləşdirir.
Biz digər dağ
kəndlərinə gedən
yolları təmir edəcəyik ki, bütün camaat razı qalsın. Sizi bir daha təbrik
edirəm.
SAKİNLƏR:
Çox sağ
olun. Allah sizə
cansağlığı versin.
Allah işinizi avand etsin. Həmişə Siz gələsiniz.
* * *
Prezident İlham Əliyev sakinlərlə xatirə şəkli çəkdirdi.
* * *
Azərbaycan Prezidenti yeni yolda avtomobili özü idarə etdi.
Xilmilli kəndinin sakinləri ilə də görüşən Prezident
İlham ƏLİYEV onların
həyat şəraiti
ilə maraqlanaraq soruşdu:
-Necə yaşayırsınız?
SAKİN:
Əla yaşayırıq.
Çox sağ
olun. Bizi hər şeylə
təmin edirsiniz.
Hər şey əladır.
Qazımız gəlir, işığımız
var, suyumuz da hələlik yaxşıdır.
Prezident
İlham ƏLİYEV: Daha
da yaxşı olacaqdır. Yol çəkdirmişik, rahat gedib-gəlmək olar. Dolanışığınız necədir?
SAKİN:
Lap yaxşıdır. Yaxşı dolanırıq.
Hər şeyimiz vardır. Allah Sizdən razı
olsun. Biz yaxşı yaşayırıq.
Prezident
İlham ƏLİYEV: Yerli hakimiyyət sizə necə baxır?
SAKİN:
Lap yaxşı baxır.
Cənab Prezident, Allah
canınızı sağ
eləsin, Sizə uzun ömür versin. Təkcə problem yolumuz idi.
Yolumuzu, qazımızı çəkdirmisiniz.
Prezident
İlham ƏLİYEV: Hər yerdə, hər bir kənddə hər şey olmalıdır. Əsas yol idi.
İndi gözəl yolunuz vardır, magistrala oxşayır.
SAKİN:
Bəli, çox yaxşıdır. Çox
sağ olun.
* * *
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 2 may.- S.3.