Prezident İlham Əliyev
Qobustan Bağ-Bağat Mərkəzində
yaradılmış şəraitlə tanış olmuşdur
Prezident
İlham Əliyevin Abşeron və Qobustan rayonlarına səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də
Qobustan Bağ-Bağat Mərkəzində yaradılmış
şəraitlə tanış olmuşdur.
Dövlət
başçısı elektromobillə mərkəzin ərazisini
gəzdi.
Məlumat
verildi ki, paytaxt Bakı ilə yanaşı, ölkəmizin
bütün regionlarında beynəlxalq standartlara cavab verən
istirahət mərkəzləri və hotellər tikilib istifadəyə
verilir. Onlardan biri də Qobustan Bağ-Bağat Mərkəzidir.
Burada Qobustan sakinlərinin və qonaqların istirahətinin səmərəli
təşkili üçün gözəl şərait
yaradılmışdır.
Bildirildi
ki, iki il əvvəl istifadəyə verilmiş bu mərkəz
rayon sakinlərinin və qonaqların mənalı istirahət
yerinə çevrilmişdir. Ərazidə üç istirahət
meydançası yaradılmış, müxtəlif
attraksionlar quraşdırılmışdır. Buradakı iki
süni göl istirahətin maraqlı keçməsinə
xidmət edir. Zövqlə əkilmiş gözoxşayan
ağac və gül kolları mərkəzdə istirahət
edənlərdə xoş təəssürat yaradır. Mərkəzdə gecələmək və yaxud
istirahət etmək istəyənlər üçün
dördmərtəbəli hotel tikilir. İnşası
başa çatmaqda olan bu hotel ən müasir standartlara cavab
verəcəkdir.
Qobustan
Bağ-Bağat Mərkəzində yaradılmış şəraitdən
məmnunluğunu bildirən dövlət
başçısı tapşırıq və tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan.-2013.- 2 may.- S.3.