Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığı komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də ABŞ Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatda uğurlu inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunaraq  müdafiə sahəsində əməkdaşlığın da yüksək səviyyədə olduğu vurğulandı.

ABŞ Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzer  Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakını yüksək qiymətləndirdi, bu sahədə fəal əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 2 may.- S.4.