A.Q.Zahidova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün
verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli
Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan
jurnalistikasının inkişafındakı xidmətlərinə
görə Altay Qulam oğlu Zahidova Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 may 2013-cü
il
Azərbaycan.-2013.- 2 may.- S.4.