Polşa
Respublikasının Prezidenti zati-aliləri cənab Bronislav
Komorovskiyə
Hörmətli
cənab Prezident!
Ölkənizin
milli bayramı - Konstitusiya günü münasibətilə
Sizi və Sizin simanızda bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından səmimi
qəlbdən təbrik edirəm.
Tarixi
köklərə malik Azərbaycan ilə Polşa
arasındakı münasibətlər bütün sahələrdə
bu gün də müvəffəqiyyətlə inkişaf etməkdədir.
Əminəm ki, sağlam təməl üzərində
qurulmuş ənənəvi dostluq əlaqələrimizin daim
möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran
əməkdaşlığımızın daha da dərinləşdirilməsi
istiqamətində birgə səylərimizi bundan sonra da
ardıcıl şəkildə davam etdirəcəyik.
Belə
bir əlamətdar gündə Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar, dost
Polşa xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 23 aprel 2013-cü il
Azərbaycan.-2013.- 3 may.- S.1.