Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandra

 

Əlahəzrət!

Taxta çıxmağınız münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan Respublikası ilə Niderland Krallığı arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində səylərimiz öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Niderland xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 may 2013-cü il

 

Azərbaycan.-2013.- 3 may.- S.1.