Azərbaycan Prezidenti İlham Əliyev BP şirkətinin prezidentini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də
BP şirkətinin prezidenti Robert Dadlini qəbul etmişdir.
Görüşdə
Azərbaycan ilə BP şirkəti arasında uzunmüddətli
uğurlu əməkdaşlığın mövcud olduğu
bildirilərək əməkdaşlığımızın
strateji xarakter daşımasından məmnunluq ifadə edildi.
BP
şirkətinin prezidenti Robert Dadli "Azəri-Çıraq-Günəşli"
yataqlar blokunda görülən işlər barədə
dövlətimizin başçısına məlumat verdi.
Söhbət
zamanı "Şahdəniz" yatağında işlərin
uğurla həyata keçirildiyi vurğulandı, əməkdaşlığımızın
hazırkı vəziyyəti və perspektivləri ilə
bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 3 may.- S.1.