Azərbaycan və Avropa
İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsi
üçün geniş imkanlar var
Milli
Məclisin Sədri Oqtay Əsədov dünən Avropa
Parlamentinin Avropa Mühafizəkarlar
və İslahatçılar Qrupunun (AMİQ) üzvlərindən
ibarət nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və Avropa əlaqələri
müzakirə olunub.
Oqtay
Əsədov Avropa parlamentinin nümayəndələrini Azərbacanda
görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki,
bu, AMİQ üzvlərinin Azərbaycana ilk rəsmi səfərləridir:
"Azərbaycan öz müstəqilliyini bərpa etdikdən
sonra əsas məqsədimiz demokratik dövlət qurmaq olub.
Bu istiqamətdə Avropa dəyərlərindən bəhrələnməyə
çalışırıq. Bunu bizə məcbur etmirlər,
öz istəyimizlə edirik". Sədr əlavə edib ki,
Azərbaycanın iqtisadi potensialı artdıqca xarici siyasətlə
bağlı olan qanunvericiliyinin də inkişaf etdirilməsinə
zərurət yaranıb. Ona görə bu istiqamətdə
müvafiq qanunlara əlavə və dəyişikliklər edərkən
həmişə Avropanın dəstəyini
görmüşük. Azərbaycanın Avropa İttifaqı
ilə əlaqələrinin daha da inkişaf etdirilməsi
üçün həm ölkəmizin, həm də Avropa
İttifaqının geniş imkanları var.
Avropa
Mühafizəkarlar və İslahatçılar Qrupunun sədri
Martin Kallanan öz növbəsində Azərbaycanda
mehribanlıqla qarşılandıqlarını bildirib. Onun
sözlərinə görə, Azərbaycanda demokratik inkişaf
yolunun əsas prioritet kimi götürülməsi təqdirəlayiq
haldır.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparıldı.
Elgün MƏNSİMOV
Azərbaycan.-2013.- 3 may.- S.2.