Heydər Əliyev və müasir Azərbaycanın İKT siyasəti

 

"...Texnika, elm, texnologiya çox sürətlə inkişaf edir. Ona görə gərək biz də Azərbaycanda çalışaq ki, bu inkişafda öz yerimizi tapaq, sürəti yavaş-yavaş artıraq  qabaqda gedənlərin səviyyəsində olaq..."

 

Heydər ƏLİYEV

 

 

 "...İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik..."

 

 İlham ƏLİYEV

 

 

Ümummilli lider Heydər Əliyev ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanın inkişafına çox böyük töhfələr vermişdir. Məhz onun fədakar əməyi, müdrik siyasəti, zəngin təcrübəsi sayəsində Azərbaycan Sovet İttifaqında ən qabaqcıl yerlərə çıxa bilmiş və respublikanın sosial-iqtisadi inkişafının möhkəm əsasları qoyulmuşdur. Əldə olunmuş potensial müstəqilliyin bərpa edilməsindən sonra da mühüm rol oynamışdır. Həmin dövr Azərbaycan Respublikasında bütün sahələr -  iqtisadiyyat, sənaye və energetika, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət böyük yüksəliş yaşamış və bu illər ölkə tarixində inkişaf və tərəqqi illəri kimi yadda qalmışdır. Heydər Əliyev 1982-1987-ci illərdə Sovet İttifaqının ali rəhbərliyində təmsil olunduğu vaxtlarda da doğma xalqına sədaqətlə xidmət etmişonun ürəyi Azərbaycanla döyünmüşdür.

Azərbaycanda telekommunikasiyainformasiya texnologiyaları sahəsinin ardıcıl və sistemli inkişafı da məhz ulu öndərin respublika rəhbərliyi dövründə geniş vüsət almışdır. Bu sahənin sürətli inkişafının, ilk növbədə, yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların formalaşdırılmasından asılı olduğunu yaxşı bilən Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ məkanında aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsinə başlanılmış, Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti kimi ali təhsil müəssisələrində elektronika, avtomatikahesablama texnikası ixtisasları üzrə maddi-texniki bazalar yaradılmışdır.

Respublikada  elektron avadanlıq istehsal edən zavodlar, Kosmik Tədqiqatlar Mərkəzi, "Neftqazavtomatika" və s. kimi elmi-tədqiqat müəssisələri işə salınmış, ölkə iqtisadiyyatı üçün elmtutumlu mürəkkəb məsələlərin həlli məqsədilə ümummilli liderin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - "BESM-6" gətirilmiş və "Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri" - "RASU Azərbaycan"    müxtəlif kompyuter şəbəkələri quraşdırılmışdır.  "AZON", "NORD" elm-istehsalat birlikləri, Radiozavod, Elektron Hesablama Maşınları Zavodu, "Peyk", "Ulduz" kimi nəhəng istehsalat komplekslərinin tikilib istifadəyə verilməsi, eləcə də elmi-tədqiqat işlərinin səmərəliliyini artırmaq və nəticələrini sınaqdan keçirmək üçün "Kristal", "Registr", "Tellur", "Kibernetika", "Biotex", "Mikroelektronika", "Kaskad" xüsusi konstruktor bürolarının fəaliyyətə başlaması da ulu öndər Heydər Əliyevin bu sahəyə verdiyi töhfələrdir.

Azərbaycan xalqının çoxəsrlik tarixində ən böyük nailiyyəti, sözsüz ki, dövlət müstəqilliyinin bərpa olunmasıdır. Lakin dövlət müstəqilliyinin bərpasından sonrakı iki il ərzində ölkə idarəolunmaz vəziyyətdə idi. Azərbaycanda hökm sürən xaos, anarxiya, iqtisadisiyasi böhran ölkənin gələcək müstəqil həyatını sual altına qoymuşdu. Azərbaycan xalqı bu müstəqilliyi qoruyub saxlamalı, milli azadlığını əbədi, daimi etməli idi. Bu çətin imtahandan alnıaçıq, üzüağ çıxmaq üçün xalqı öz arxasınca apara biləcək liderə böyük ehtiyac yaranmışdı. Belə bir şəxsiyyət məhz ümummilli lider Heydər Əliyev idi. Ona görə də xalq böyük ümidinamla ulu öndərə üz tutduonu təkidlə müstəqil Azərbaycana rəhbərliyə dəvət etdi. Əgər o vaxt Heydər Əliyev qətiyyəti, cəsarəti və siyasi nüfuzu olmasaydı, müstəqilliyimizi itirə bilərdik. Xalqın tələbi ilə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısı alınmış və Azərbaycan inkişaf etməyə başlamışdır.

 Siyasi sabitlik təmin olunandan sonra genişmiqyaslı iqtisadisosial islahatlar həyata keçirilmiş, bütün istiqamətlər üzrə böyük abadlıq-quruculuq işləri aparılmış, inkişaf üçün möhkəm zəmin yaradılmış, Azərbaycan demokratiyanın formalaşması və dünya birliyinə sürətli inteqrasiya yoluna qədəm qoymuşdur. Məhz Heydər Əliyev yeni neft strategiyasının nəticəsi kimi təzahür edən "Əsrin müqaviləsi"ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Bazar münasibətlərinə əsaslanan iqtisadi proqramların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, təkmil qanunvericilik bazasının yaradılması ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını reallaşdırmış, qeyri-neft bölməsi sürətlə inkişaf etməyə başlamışdır.

Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələri kimi informasiya-kommunikasiya texnologiyaları (İKT) da ulu öndər Heydər Əliyevin respublikaya ikinci rəhbərliyi dövründə uğurla inkişaf etmişdir. "Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır" deyən ulu öndər ölkənin müstəqil telekommunikasiya, poçtteleradio infrastrukturunun formalaşdırılmasına xüsusi önəm vermişdir.      1993-cü ilin avqustunda Heydər Əliyev Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin açılışına nail olmuş, ölkəmiz bir çox beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqına və Ümumdünya Poçt İttifaqına üzv qəbul edilmişdir. 1994-cü ildə "Bakcell",  1996-cı ildə "Azərcell" birgə müəssisələrinin yaradılması ilə ölkədə mobil rabitənin inkişafının əsası qoyulmuş, 1995-ci ildə Azərbaycanda ilk beynəlxalq telefon stansiyası, ilk elektron ATS-lər qurulmuş, 1996-cı ildən isə "AzEvroTel" və "Ultel" müəssisələri lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başlamışlar.

Ölkədə internetin inkişafı da ulu öndərin səyləri nəticəsində təşəkkül tapmışdır. Azərbaycanın yüksək domen adı - ".az" domeni 1993-cü ilə rəsmi olaraq İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (İCANN) tərəfindən qeydiyyata alınmış, 1994-cü ildə isə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində (indiki AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu) internetin ilk qovşağı yaradılaraq "Türksat" süni peyki vasitəsilə Türkiyənin Orta Doğu Texniki Universitetinin İnternet mərkəzinə birləşdirilmiş və beləliklə də Azərbaycan internetə çıxış əldə etmişdir. Ölkədə ilk veb sayt - www.ab.az 1995-ci ildə yaradılmışdır. Radio-televiziya sahəsinin möhkəm təməllər üzərində uğurlu inkişafı da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı ildə AzTV 1 milli televiziya proqramı "Türksat" süni peyki vasitəsilə yayımlanmağa başlamış, əsası 1981-ci ildə Heydər Əliyev tərəfindən qoyulan teleqüllə isə 1996-cı ildə istifadəyə verilmişdir.

Ümummilli lider Heydər Əliyev 2003-cü ilin fevralında "Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiyanı (2003-2012-ci illər)" imzalamaqla sonrakı illərdə İKT sahəsində əldə edilmiş nailiyyətlərin əsasını qoymuşdur. Milli Strategiya İKT-dən istifadə və onun inkişaf etdirilməsi sahəsində müstəqil Azərbaycanın siyasətini əks etdirərək cəmiyyətin informasiyalaşdırılması üzrə əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyən etmişdir. Strategiyada cəmiyyətin tələbləri, qabaqcıl dünya təcrübəsi nəzərə alınaraq ölkənin inkişafına, demokratik cəmiyyət quruculuğuna, Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasına xidmət edəcək informasiya cəmiyyətinin formalaşdırılmasının yolları göstərilmişdir.

2003-cü il oktyabrın 15-də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni bir mərhələ başlanmışdır. Ümummilli lider Heydər Əliyevin düşünülmüş xaricidaxili siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişöz gözəl nəticələrini vermişdir. Bu gün Azərbaycan bütün sahələrdə etibarlı tərəfdaş kimi özünü dünya birliyinə tanıtmışdır. Ölkəmiz hazırda sürətli iqtisadi inkişaf tempinə, dayanıqlı infrastrukturakommunikasiya imkanlarına, əlverişli investisiya mühitinə malik olan ölkə kimi dünyanın diqqətini özünə cəlb etməkdədir. Qlobal maliyyə böhranının təsirlərinə baxmayaraq, Azərbaycan öz dinamik inkişafını qoruyub saxlaya bilir, iqtisadiyyatın regional və sahəvi inkişafı reallaşır, əhalinin həyat səviyyəsi ilbəil yüksəlir. Dünyanın ən mötəbər iqtisadi qurumlarından biri olan Davos İqtisadi Forumunun ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı sonuncu reytinqinə əsasən Azərbaycan dünya miqyasında 46-cı, MDB məkanında 1-ci, makroiqtisadi sabitliyə görə isə dünyada 18-ci yerdədir.

Respublikamızda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin davam etdirilməsi, iqtisadiyyatın enerji sektorundan asılılığının azaldılması, ixracın və rəqabət qabiliyyətinin gücləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması Azərbaycanın inkişaf siyasətinin əsas məqsədləridir. Məhz informasiya-kommunikasiya texnologiyaları təhsil və elmin inkişafı ilə bərabər bu hədəflərə çatmağı təmin edəcək prioritet istiqamət kimi təşəkkül tapmışdır.

Ümummilli liderin imzaladığı milli strategiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün 2 məqsədli "Elektron Azərbaycan" Dövlət Proqramı (2005-2008-ci illər və 2010-2012-ci illər) qəbul edilmiş və onların yerinə yetirilməsi nəticəsində İKT sektorunun infrastrukturu müasir texnologiya və avadanlıqların tətbiqi ilə modernləşdirilmiş, güclü qanunvericilik bazası formalaşdırılmış, davamlı və dayanıqlı inkişaf üçün etibarlı baza hazırlanmışdır.

Azərbaycanda İKT sektoru hazırda iqtisadiyyat sahəsi kimi dinamik inkişaf edir, eyni zamanda, digər sosial-iqtisadi sahələrin inkişafında və ümumilikdə cəmiyyətin həyatında fəal rol oynayır. İKT sektoru 2004-2013-cü illər üzrə hər üç ildə təxminən iki dəfə genişlənmiş, 2012-ci ildə isə sektorun artım tempi təxminən 18 faiz olmuşdur. Bu isə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir. Ölkədə biznes mühitinin yaxşılaşdırılması və rəqabətin dəstəklənməsi nəticəsində sahə üzrə  əldə olunan gəlirlərin 80 faizi özəl sektorun payına düşür. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan nüfuzlu "Doing Business-2013" hesabatında Azərbaycanın 185 ölkə arasında 67-ci yerdə qərarlaşması ölkəmizdə biznesinvestisiya mühitinin əlverişliliyini bir daha nümayiş etdirir.

Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulması, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər görülməkdədir. Ölkəmizdə MDB regionunda ilk dəfə bütün yaşayış məntəqələri telefonlaşdırılmış və sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, ölkə üzrə 7 rəqəmli nömrələmə sisteminə keçid təmin olunmuşdur. Mobil rabitə sahəsində də göstəricilərimiz yüksək səviyyədədir və hazırda  hər 100 nəfərə 110 mobil telefon düşür. Ötən il Azərbaycan dördüncü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsi olmuşdur. Mobil telefon sistemi də 2010-cu ildə MDB ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisini 100 faiz əhatə etmişdir.

Müasir İKT-nin inkişafının əsas infrastruktur göstəricisi sayılan internetin inkişafı üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. Son üç ildə Azərbaycan MDB ölkələri arasında internet istifadəçilərinin sıxlığına görə liderdir. 2012-ci ildə istifadəçilərin sayı əhalinin 70 faizinə yaxınlaşmışdır, qiymətlər isə təxminən 35 faiz azalmışdır. Ölkədə, xüsusən də regionlarda sürətli internetdən istifadənin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu tərəfindən "evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksək sürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlamışdır.  Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 meqabit-saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək və istifadəçilərin sayını inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq, habelə elektron xidmətlərin, distant-təhsil, elektron ticarət, teletibb və digər fəaliyyət formalarının geniş tətbiqinə nail olmaqdır.

Cənubi Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımının ilk dəfə Azərbaycanda tətbiq olunmasına başlanılmış və indi ölkə əhalisinin 90 faizinin bu yayım texnologiyasına çıxış imkanı təmin olunmuşdur. Bu ildən Azərbaycan tamamilə rəqəmli yayıma keçir.

Dünya Bankı ilə birlikdə ölkənin poçt sisteminin müasir kompyuter şəbəkəsi qurulmuş, müasir idarəçilik və yeni prinsipləri üzrə fəaliyyəti təmin edilmiş, qeyri-ənənəvi xidmətlərin, o cümlədən bank-maliyyə, elektron dövlət xidmətləri, logistika və digər xidmətlərin göstərilməsinə başlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin regionun informasiya tranziti mərkəzinə çevrilməsi və qlobal informasiya məkanına inteqrasiyası baxımından kosmik sənayenin formalaşdırılmasına xüsusi önəm verərək "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nı təsdiq etmişdir.  2010-cu il mayın 3-də ölkə Prezidentinin sərəncamı ilə Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. Peyklərin idarə olunması üçün regional idarəetmə mərkəzi və ehtiyat idarəetmə mərkəzi yaradılmışdır. Bu mərkəzlər təkcə Azərbaycanın yox, region üzərindən uçan digər ölkələrə məxsus peyklərin də idarə olunması üçün istifadə ediləcəkdir. Azərbaycan BMT-nin uyğun komitəsində kosmik ölkələr sırasına qəbul olunmuş  kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürmüşdür.

Ölkə rəhbəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycanın öz milli telekommunikasiya peykinin mövcudluğunun əhəmiyyətini vurğulayaraq demişdir: "...Doğrudan da, Azərbaycan kosmik ölkəyə çevrilir, biz kosmik sənayenin inkişafı ilə məşğuluq və bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək və Azərbaycan kosmik ölkələrin sırasına daxil ediləcəkdir. Amma bu vaxt gəlir, yaxın günlərdə  biz bu tarixi hadisəni qeyd edəcəyik. Bu, özlüyündə bütün cəhətlərdən böyük bir nailiyyətdir - həm ölkənin prestiji, həm müasirlik, yeni texnologiyaların inkişafı üçün. Bu, biznes üçün də sərfəlidir. Çünki bu, eyni zamanda, iqtisadi  cəhətdən də səmərəli layihədir. Amma ən önəmlisi odur ki, bu, ölkəmizin inkişafını və niyyətini göstərir. Ümumiyyətlə, bizim dünyagörüşümüzü və siyasətimizi göstərir..."

Nəhayət, Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı başa çatmış və peyk gözlənilən tarixdə - 2013-cü ilin fevralın 8-də Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan geostasionar orbitə buraxılmışdır. Bu nailiyyət ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İKT sahəsində məqsədyönlü, müdrik və uzaqgörən siyasətlərinin həyata keçirilməsi, eləcə də ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramlarının reallaşdırılması sayəsində əldə olunmuşdur. Cənab Prezidentinqeyd etdiyi kimi, ilk peykin orbitə buraxılması müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biridir, dövlətimizin qələbəsidir və hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər.

Azərbaycan Respublikasının iqtisadi inkişafına, informasiya tranziti imkanlarının artırılmasına, həmçinin region ölkələri arasında sosial-iqtisaditexnoloji inteqrasiyaya yönəlmiş  "Trans-Avrasiya Super İnformasiya Magistralı" və "Avropa-Yaxın Şərq informasiya magistralı" layihələri mərhələlərlə gerçəkləşməkdədir. Ötən ilin 21 dekabr tarixində BMT-nin Baş Assambleyasında Azərbaycan Respublikası hökumətinin təşəbbüskarı olduğu "Trans-Avrasiya Super İnformasiya Magistralı vasitəsilə rabitəliliyin yaradılması" adlı qətnamənin qəbul edilməsi ilə Avrasiya regionunda "rəqəmsal fərq"in aradan qaldırılması üçün telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi və özəl - dövlət sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım atılmışdır.

Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış Milli Strategiya ilə qarşıya qoyulmuş mühüm vəzifələrdən biri ölkəmizdə "elektron hökumət"in formalaşdırılmasıdır. Prezident İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması Azərbaycanda dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində "elektron hökumət" ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına, informasiya tələbatının dolğun ödənilməsinə şərait yaratmışdır. Ölkə rəhbərinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli fərmanının həyata keçirilməsi sayəsində dövlət orqanları tərəfindən elektron formada göstərilən xidmətlərin sayı və vətəndaşların onlardan istifadə səviyyəsi xeyli yüksəlmişdir. Azərbaycanda artıq sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, ölkəyə gətirilən və aparılan mallar elektron şəkildə bəyan edilir, daşınmaz əmlakla bağlı sənədlərin, müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi,  pensiya və ünvanlı sosial yardımların təyinatı, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin və tələb olunan sənədlərin qəbulu elektron formada həyata keçirilirbu say gündən-günə artır.

Azərbaycanda elektron imzanın tətbiqi uğurla həyata keçirilir.  Dövlət orqanlarının əməkdaşlarına, hüquqifiziki şəxslərə  6000-ə yaxın elektron imza verilmişdir. Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi və onların  elektron xidmətlərindən "bir pəncərə" prinsipi əsasında istifadənin təşkili məqsədilə "elektron hökumət" portalı (www.e-gov.az) yaradılaraq əhali və adamlarının istifadəsinə verilmişdir. Hazırda "elektron hökumət" portalına 39 dövlət orqanının informasiya sistemi qoşulmuşdur və 182 elektron xidmət göstərilməkdədir. Azərbaycan Respublikası Prezidentinin "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" 2012-ci il 5 fevral tarixli fərmanı elektron xidmətlərin təşkili sahəsində görülən işlərin sürətləndirilməsi, səmərəliliyinin artırılması, onlardan geniş istifadənin təmin edilməsi ilə bağlı yeni tapşırıqlar qoymuşdur və onların icrası vətəndaşlara daha təkmil, təhlükəsiz, rahat və keyfiyyətli xidmətlərin göstərilməsinə yönəlmişdir.

"Elektron hökumət" mühitində xüsusi əhəmiyyət kəsb edən  informasiya təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Respublikası Prezidenti tərəfindən daim diqqət mərkəzində saxlanılır.  Bu sahədə fəaliyyətin genişləndirilməsi, ölkəyə daxil olan internet trafikində qlobal kiberhücumların qarşısının alınması, informasiya proseslərinin mühafizəsi, dövlət orqanlarının informasiya resursları və sistemlərinin  mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik sahəsində ümummilli hazırlığın və maarifləndirmənin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında əlaqələndirici qurum olan Elektron Təhlükəsizlik Mərkəzi yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli sərəncamı və 2012-ci il 5 noyabr tarixli fərmanı ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı"nın yaradılması qeyri-neft sektorunda İKT-nin qabaqcıl və aparıcı sahəyə çevrilməsinə, müasir elmitexnoloji nailiyyətlərə əsaslanan İKT sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına, innovasiyaların tətbiqinə, habelə bu sahədə istehsalyönümlü fəaliyyətin dəstəklənməsinə, yerlixarici investisiyaların cəlb olunmasına xidmət edir.

Ölkənin informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında" 2013-cü il 1 fevral tarixli sərəncam imzalamışdır. Artıq 2013-2014-cü tədris ilindən etibarən İnformasiya Texnologiyaları Universitetində təhsil prosesinə başlanılması nəzərdə tutulmuşdurbu universitetin fəaliyyət göstərməsi ölkədə, həmçinin regionda İKT üzrə yüksəkixtisaslı mütəxəssislərə olan ehtiyacın ödənilməsini və yeni biliklərin əldə edilməsini təmin edəcək, ölkənin elm və təhsil potensialını zənginləşdirəcəkdir.

Bütün bunlardan göründüyü kimi, Azərbaycanın gələcək uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Məhz İKT-nin ölkədə ümumi sosial-iqtisadi inkişafa xidmət edən sahə kimi təşəkkül tapması və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü ili ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etmişbununla bağlı müvafiq sərəncam imzalamışdır. Azərbaycanda artıq İKT ili çox mühüm tarixi bir hadisə ilə - ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə əlamətdar olmuşdur. Əminik ki, biz bu ilbundan sonrakı illərdə İKT sahəsində daha da böyük nailiyyətlərə imza atacağıq.

Azərbaycanın İKT sahəsində dinamik inkişaf edən ölkəyə çevrilməsi ümummilli lider Heydər Əliyevin Milli İKT Strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gerçəkləşdirilməsinin nəticəsidir. Cənab Prezidentin ötən il dekabrın 29-da təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən isə bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü başlayır və İKT sahəsinin üzərinə yeni və məsuliyyətli vəzifələr düşür. Bizim hər birimiz möhtərəm Prezidentin yeni inkişaf konsepsiyasının həyata keçirilməsi, ölkəmizin dayanıqlı və davamlı inkişafı naminə bütün qüvvələrimizi səfərbər edərək əlimizdən gələni etməliyik.

 

 

Əli ABBASOV,

Azərbaycan Respublikası rabitə

informasiya texnologiyaları naziri

 

Azərbaycan.-2013.- 3 may.- S.4.