Bakıda keçirilən konfransda «Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr» mövzusunda geniş müzakirələr aparılmışdır

 

Mayın 2-də Beynəlxalq Mətbuat Mərkəzində3 May - Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş seminar çərçivəsində "Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF), Milli Televiziya və Radio Şurası və Mətbuat Şurası tərəfindən təşkil edilmişdir.

Konfransı açan Mətbuat Şurasının sədri Əflatun AMAŞOV  Ümumdünya Mətbuat Azadlığı Gününün tarixi haqqında məlumat vermişdir. Bildirilmişdir ki, mayın 3-ü BMT-nin Baş Məclisinin qərarı ilə "Ümumdünya Mətbuat Azadlığı Günü" elan olunmuşdur. 1993-cü ildən etibarən Ümumdünya Mətbuat Azadlığı Günü dünyanın demokratik ölkələrində hər il əlamətdar gün kimi qeyd olunur.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli HƏSƏNOV tədbirdə "Söz və mətbuat azadlığının dərinləşməsi dövlətin prioritet xətti kimi" mövzusunda çıxış edərək bildirmişdir ki, dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycanda da Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bu tədbirləri keçirərkən biz ölkəmizdə artıq beynəlxalq dəyərə çevrilmiş söz və mətbuat azadlığı şəraitini təhlil edir, mövcud vəziyyəti dəyərləndirir, qarşıda duran vəzifələri müəyyənləşdirir və bu xətt üzrə gələcək inkişafımızı təmin edirik.   

Əli Həsənov Azərbaycanda söz və mətbuat azadlığının təmini sahəsində qazanılmış uğurlardan, mətbuatın inkişafı istiqamətində dövlət dəstəyi ilə görülən işlərdən, həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır.

Şöbə müdiri bildirmişdir ki, müstəqillik dövründə Azərbaycanda bir çox sahələrdə inkişafın əsası qoyulmuşdurbiz bu bünövrə üzərində inkişaf edirik. Bu məsələlərdən biridemokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğusiyasi plüralizm zəminində mətbuat və informasiya azadlığının təmin olunmasıdır. Hər üç fəaliyyət bir-biri ilə sıx bağlıdır. Demokratik ölkə mütləq şəkildə dövlətin həyatında ictimai-siyasi institutların mövcudluğunu ehtiva edir. Yəni, dövlətin tərkibində mütləq şəkildə hakimiyyət uğrunda yarış institutları və siyasi partiyalar, vətəndaş təşəbbüslərini həyata keçirən QHT-lər, cəmiyyətin həyatında gedən bütün prosesləri azad şəkildə müzakirə edən media, elektron KİV, azad internet mövcud olmalıdır. İnsanlar gördüklərini və düşündüklərini bir-biri ilə paylaşmalı, hakimiyyət institutlarını və onların opponentləri olan müxalif institutların fəaliyyətini şəffaf şəkildə dəyərləndirmək imkanlarına malik olmalı və seçiciləri hakimiyyət mandatının formalaşmasına istiqamətləndirməlidirlər. Bütövlükdə medianın vəzifəsi bunlardır və vətəndaş cəmiyyətinin məzmunu, demokratik dövlət prosesinin məğzi də budur.  

Şöbə müdiri demişdir: "Demokratik dövlət odur ki, insanlar öz iradəsi ilə hakimiyyəti formalaşdırır, QHT-lər, siyasi partiyalar və mətbuat orqanları bu formalaşma prosesində vasitəçi rolunda iştirak edirlər. Cəmiyyət həyatının bütün sahələrini dəyərləndirən və dövlətin yürütdüyü siyasəti insanlara çatdıran, onların bu siyasətlə bağlı münasibətini ortaya qoyan media institutu mövcuddur. Bu institutların hamısının fəaliyyəti bütövlükdə vətəndaş cəmiyyəti quruculuğunu ehtiva edir. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna 1990-cı illərin əvvəllərindən başlanmışdır. 1995-ci ildə Azərbaycan Konstitusiyası qəbul olunandan indiyədək biz bu sahədə inkişafımızı davamlı olaraq yüksələn xətlə həyata keçiririk".

Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin 6 avqust tarixli fərmanı ilə Azərbaycanda senzuranın ləğv olunduğunu xatırladan Prezident Administrasiyasının rəsmisi bunu milli mətbuat tariximizə qızıl hərflərlə yazılmış hadisə kimi dəyərləndirmişdir. Bildirmişdir ki, Azərbaycan mediasının gələcək inkişafının əsasında məhz senzuranın ləğvi dayanır. Həmin fərmanda, sözün əsl mənasında, dünyanın demokratik ölkələrində artıq təcrübədə özünü təsdiqləmiş və sınaqdan keçmiş media azadlığı, siyasi plüralizm prinsipijurnalist fəaliyyətinin demokratik tənzimlənməsi məsələləri öz əksini tapmışdır. O dövrdən başlayaraq media azadlığı və siyasi plüralizm Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritet vəzifəsi kimi ortaya qoyulmuşdurbu vəzifə bu gün dönmədən həyata keçirilir. Həmin tarixi fərmanın imzalanmasına qədər mətbuatla senzura üz-üzə idi. Senzura ləğv ediləndən sonra isə dövlət media ilə cəmiyyəti baş-başa buraxdı.

Əli Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycan hakimiyyətinin məqsədi azad söz, media mühitini formalaşdırmaq, jurnalistləri getdikcə peşəkarlaşdırmaq, onların qələmi vasitəsilə cəmiyyətlə hakimiyyətin şəffaf ortamını yaratmaq idi. Bu da artıq öz nəticələrini vermişdir. Bu gün bəzi beynəlxalq təşkilatların iddialarının əksinə olaraq, Azərbaycanda azad mətbuat mövcuddur. Azərbaycanda heç bir jurnalist hər hansı hadisə haqqında məlumat almaqyaymaq imkanından məhrum olduğunu deyə bilməz. Heç bir media orqanı onun fəaliyyətinə buya digər şəkildə qadağa qoyulduğunu iddia edə bilməz. Əlbəttə, zaman-zaman problemlərlə də üzləşirik və iddia etmirik ki, cəmiyyət bu problemlərdən tam qurtulmuşdur. Lakin bütövlükdə media siyasətinin meyilləri və prioritetləri cəmiyyətimizdə bərqərar olmuşdur. Bu da ondan ibarətdir ki, indi Azərbaycanda azad media mövcuddur, arzu edən istənilən şəxs jurnalist fəaliyyəti ilə məşğul ola bilər. Jurnalistlər istənilən hadisə barədə material toplayaraq yaya bilərlər. 

Azərbaycanda medianın mövcud durumuna subyektiv yanaşan daxilixarici qüvvələrin olduğunu da söyləyən şöbə müdiri əlavə etmişdir ki, biz onlara həqiqəti çatdırmalıyıq və bu reallığı sübut etməliyik ki, ölkəmizdəki hazırkı media mühiti öz demokratikliyi, şəffaflığı və jurnalistlərin fəaliyyətinə yaradılan əlverişli şərait ilə dünya ölkələrindəki vəziyyətdən çox da fərqlənmir. Bəzilərindən irəlidəyik, bəzilərindən geridəyik, bəziləri ilə isə bir sıradayıq.

 "Qarşıda duran əsas vəzifələrdən biri medianın siyasiləşmə meylindən xilas olmasıdır", - deyən Əli Həsənov söyləmişdir ki, məsuliyyətsiz və etik prinsipləri nəzərə almayan jurnalistika ilə diffamasiya mühiti yaratmaq mümkün deyildir. Diffamasiya mühiti jurnalistdən indikindən qat-qat artıq məsuliyyət və peşəkarlıq, ictimai əxlaq, jurnalist etikası tələb edir. Jurnalist nəyi necə yazmağı bilməli, yazdığı sözün məsuliyyətini dərk etməli və ona uyğun hərəkət etməlidir. 

Prezident Administrasiyasının rəsmisi demişdir ki, Azərbaycanda media mütləq şəkildə imkanlarını genişləndirməlidir. Media cəmiyyətin, ölkənin inkişafında öz yerini tapmalıdır. Əgər biznes mediadan kənar inkişaf edirsə, bu, normal hal deyildir. Bu haqda dəfələrlə danışmağımıza baxmayaraq, həmin məsələ ilə bağlı media strukturlarından hələ ki təkliflər, proqramlar almamışıq. Mətbuat Şurasında media qurumlarının rəhbərləri ilə bu məsələyə dair birgə müzakirələr aparılmalıdır.

Azərbaycan dövlətinin media ilə bağlı siyasətinin əsas məqamlarını açıqlayan Əli Həsənov bildirmişdir ki, Prezident İlham Əliyev ölkədə mediaya göstərilən dəstəyin şəffaflaşdırılması sahəsində, sözün əsl mənasında, inqilabi addım atmışdır. Dövlət başçısı "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nı qəbul etmişonun bazasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Hər il şəffaf şəkildə mediaya müxtəlif vaxtlarda birbaşa vəsaitlər, qrantlar verilir. Hazırda jurnalistlər üçün yaşayış binası tikilir. Bütün bu işlərin hamısı şəffaf şəkildə həyata keçirilir. Bu gün Azərbaycan hakimiyyətinin siyasətinin məğzi bütün istiqamətlərdə jurnalistikanın inkişafı üçün zəruri şərait yaratmaqdır. Bütün bunlar jurnalistin asılılığını azaltmaq məqsədi daşıyır. 

ATƏT-in Bakı ofisinin rəhbəri Koray TARQAY bildirmişdir ki, demokratiyanın təməl prinsiplərindən olan söz və mətbuat azadlığının təmini təmsil etdiyi qurumun ən çox önəm verdiyi məsələlərdəndir. Jurnalistlərin öz fəaliyyətlərində obyektivliyi və şəffaflığı əldə rəhbər tutmalarının zəruriliyini vurğulayan K.Tarqay bildirmişdir ki, onlar cəmiyyət qarşısında üzərlərinə düşən məsuliyyəti dərindən dərk etməlidirlər. Jurnalistlər həm də etik davranış qaydalarına ciddi şəkildə əməl etməli, böhtana, qərəzliliyə yol verməməlidirlər.

Koray Tarqay bildirmişdir ki, müstəqilliyini bərpa etdikdən bəri Azərbaycanda bütün istiqamətlərdə, eləcə də söz və mətbuat azadlığı sahəsində böyük uğurlar əldə edilmişdir. Dövlətin, medianın və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq şəraitində fəaliyyəti Azərbaycanın daha da sürətlə inkişafına müsbət təsir göstərəcəkdir. ATƏT bu yolda Azərbaycanı hər zaman dəstəkləyəcəkdir.

"Mediaya dövlət dəstəyi söz və mətbuat azadlığının dərinləşməsində mühüm amil kimi" mövzusunda məruzə ilə çıxış edən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar SƏFƏRLİ Azərbaycanda fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri olduğunu söyləmişdir. V.Səfərli KİV-lərin inkişafına və fəaliyyətinin təkmilləşdirilməsinə dövlət dəstəyinin müasir dövrün tələblərindən birinə çevrildiyini diqqətə çatdırmışdır.

Jurnalistlərin peşəkarlığının artırılması məqsədilə KİVDF tərəfindən hər il müxtəlif mövzularda müsabiqələrin təşkil edildiyini söyləyən V.Səfərli onların sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan dövlətinin həyata keçirdiyi müxtəlif tədbirlərin əhəmiyyətini vurğulamışdır.

"Televiziyaradio məkanında söz azadlığı prinsipləri" mövzusunda məruzə ilə çıxış edən Milli TeleviziyaRadio Şurasının sədri Nuşirəvan MƏHƏRRƏMLİ demişdir ki, televiziyaradio yayımı sahəsində vəziyyət həm kəmiyyət, həm də keyfiyyət baxımından əvvəlki illərdən çox fərqlidir. Bu sahədə qanunvericilik bazası da tam təkmilləşdirilmişdir. Əgər 20 il əvvəl Azərbaycanda yalnız bir neçə televiziya kanalı fəaliyyət göstərirdisə, hazırda ölkəmizdə 50-dən artıq qurum televiziyaradio yayımı sahəsində məşğuldur.

N.Məhərrəmli həmçinin diqqətə çatdırmışdır ki, Milli TeleviziyaRadio Şurası Azərbaycanın bu ilin fevralında orbitə buraxılan ilk telekommunikasiya peykinin xidmətlərindən də faydalanacaq, televiziyaradio yayımı sahəsində imkanlar daha da artacaqdır.

Mətbuat Şurasının internet media resursları üzrə komissiyasının rəhbəri Elnur BAİMOV "İnternet media və söz azadlığı dəyərləri: ictimai mənafelər və jurnalistika prinsipləri" mövzusunda məruzə ilə çıxış etmişdir. E.Baimov bildirmişdir ki, bu gün Azərbaycanda internet istifadəçilərinin sayı ölkə əhalisinin 70 faizini təşkil edir. Onlardan 40 faizi daimi istifadəçilərdir.

Komissiyanın fəaliyyəti haqqında məlumat verən E.Baimov demişdir ki, ölkədə internet xəbər resurslarının sayı durmadan artır və mövcud reallıqlar Mətbuat Şurasının bu istiqamətdə fəaliyyət göstərməsini zərurətə çevirmişdir. Komissiya onlayn mediadan gələn şikayətləri qiymətləndirəcək, internet səhifələrinə haker hücumlarını və onlayn media ilə bağlı məsələləri araşdıracaqdır.

 "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV söyləmişdir ki, ölkəmizdə söz və mətbuat azadlığı sahəsində heç bir məhdudiyyət yoxdur. Lakin çox təəssüf ki, əksər hallarda sözfikir azadlığından sui-istifadə hallarına yol verilir. Bu da bəzən ciddi problemlərin yaranmasına gətirib çıxarır. 

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil VƏLİYEV ölkəmizdə media azadlığı ilə bağlı keçirilən tədbirlərin əhəmiyyəti haqqında danışmışdır.

Ş.Vəliyev qeyri-peşəkar jurnalistlərin sözfikir azadlığından sui-istifadə edərək yol verdiyi məsuliyyətsizlik hallarının narahatlıq doğurduğunu söyləmişdir.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar ƏLİYEV çıxış edərək bildirmişdir ki, informasiya cəmiyyətində əsas məsələlərdən biri demokratiyanın fundamental dəyərlərindən olan söz azadlığı və insan haqlarıdır. Sözfikir azadlığı, insan haqları həm beynəlxalq qanunvericilik, həm də demokratik ölkələrin milli qanunvericiliyi tərəfindən təsdiq olunmuş dəyərlərdir. Demokratik cəmiyyətlərdə söz azadlığının əhatəsi genişdir. O yerdə ki, söz azadlığı sərhəd tanımır, orada artıq anarxiya mövcuddur. Buna görə də söz azadlığından sui-istifadə edilməməlidir ki, digər vacib dəyər olan insan haqları pozulmasın. Azərbaycanda isə bu balansın qorunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Sektor müdiri bildirmişdir ki, Azərbaycan mətbuatında sözfikir azadlığının təmin olunmasının konstitusion əsasları vardır. Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında söz və məlumat azadlığı, jurnalist, media sərbəstliyi, fikir plüralizmi kimi fundamental prinsiplər əksini tapmışdır.

Vüqar Əliyev demişdir ki, bu gün Azərbaycanda KİV-lərin fəaliyyətini tənzimləyən, buya digər şəkildə ona aidiyyəti olan qanunların hamısı beynəlxalq standartlara tam uyğunlaşdırılmışdır. Ölkəmizdə 5 minə yaxın KİV uçota götürülmüşya müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir, 40-a yaxın gündəlik, 300-dən çox həftəlik və aylıq qəzet, yüzdən çox jurnal, 55 televiziyaradio kanalı, çoxsaylı internet resursları fəaliyyət göstərir.

Bu gün Azərbaycanda dövlətin və vətəndaşların maraqları nəzərə alınaraq, eyni zamanda, beynəlxalq təcrübəyə, demokratiya ənənələrinə əsaslanaraq ölkəmizdə insan haqlarının tam qorunduğu, güclü, müstəqil medianın fəaliyyət göstərdiyi bir cəmiyyət qurulması istiqamətində mühüm addımların atıldığını deyən Vüqar Əliyev bu məqsədin Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulamışdır. Dövlət başçısı dəfələrlə çıxışlarında bildirmişdir ki, bizim əsas məqsədimiz dünyanın inkişaf etmiş ölkələri ilə bır cərgədə durmaqdır.

Konfrans müzakirələrlə davam etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 3 may.- S.7.