Azərbaycan Rus
İcmasının 20 illiyi tamam olmuşdur
Azərbaycan
Rus İcmasının 20 illiyi tamam olmuşdur. 1993-cü ildə
Azərbaycan rusdilli əhalisinin nümayəndələrinin
çoxu öz kiçik vətənlərini həmişəlik
tərk etmək barədə ciddi fikirləşirdi. Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda
vəziyyət dəyişdi. Ulu öndər vətəndaşların
bu kateqoriyasının qarantı kimi onlardan xahiş etdi ki,
ölkəni tərk etməsinlər. Beləliklə, Azərbaycan
Rus İcması yarandı. Hazırda Milli Məclisin
deputatı Mixail Zabelinin rəhbərlik etdiyi bu icma ölkəmizin
70 minə yaxın vətəndaşını birləşdirir.
Rusiya
İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat
xidmətindən AzərTAc-a verilən məlumata görə,
2013-cü il Rus İcmasında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 90 illiyi və Rus
İcmasının 20 illiyi devizi altında keçir.
Bu əlamətdar
tarixlərə həsr edilmiş tədbirlərdən biri
keçən həftənin axırlarında Bakıdakı
Eldar Quliyev adına 145 nömrəli ümumtəhsil məktəbində
keçirilmişdir. Məktəbin direktoru Rus
İcmasının liderlərindən biri olan Nikolay
Vasilçenkodur.
Keçən
əsrin 70-ci illərində Nikolay Vasilçenkonun adı Azərbaycanın
hüdudlarından kənarda da sovet gənclərinə
yaxşı tanış idi. 1969-cu ildə motosiklet idmanı
üzrə SSRİ idman ustası adı qazanmış
N.Vasilçenko o vaxtlar müttəfiq respublikaların
paytaxtlarında, Moskvada və Leninqradda tez-tez keçirilən
motosiklet idmanı yarışlarında
tamaşaçıların sevimlisinə çevrilmişdi.
Bir vaxt o, seçim qarşısında qalmışdı: ya
böyük idmanla məşğul olmaq üçün
Leninqrada köçüb getməli, ya da sevimli Azərbaycanda
sevdiyi azərbaycanlı qızı seçməli idi. Nikolay
ikinci variantı seçdi. Həmin qızla evlənərək
sevimli Azərbaycanda qaldı.
145
nömrəli məktəbin zallarında tematik sərgilər
təşkil edilmişdi. Məktəblilər, valideynlər və
pedaqoqlarla dolu akt zalında məktəbin gənc artistləri
və "Çal, qarmon" ansamblı (kollektivin rəhbəri
V.Limberqdir) tərəfindən hazırlanmış
böyük konsert oldu. Tədbirə çoxlu qonaq, o cümlədən
Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr,
"Rossotrudniçestvo" agentliyinin Bakıdakı nümayəndəliyinin
rəhbəri Valentin Denisov, Rusiyanın Azərbaycandakı səfirliyinin
əməkdaşları, həmvətənlər təşkilatlarının
rəhbərləri vardı.
N.Vasilçenko
Bakı və Azərbaycan arxiyepiskopu Aleksandrın xidmətlərinə
hörmət və minnətdarlıq əlaməti olaraq
arxiyepiskopun 145 nömrəli məktəbin şagirdləri tərəfindən
tikmə üsulla hazırlanmış portretini ona
bağışlamışdır.
Azərbaycan.-2013.- 3 may.- S.10.