Dövlət Proqramı ana
dilimizə dövlət qayğısının təzahürüdür
Bu il aprelin 9-da Azərbaycn Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında sərəncam imzladı.
Dövlət
Proqramı 6 bölmədən ibarətdir. Sənədin 5 bəndi
əhatə edən preambula hissəsində
ana dilimiz və dilçiliyimiz sahəsində son illər
görülmüş işlər
və həyata keçirilmiş tədbirlər
sadalanır. Burada çox haqlı olaraq vurğulanır ki,
müstəqillik illərində, xüsusilə 1995-ci ildə
Azərbaycanın qəbul etdiyi Konstitusiyada ayrıca maddə
ilə dilimizin dövlət dili kimi təsbit edilməsindən
cəmi 18 il keçsə də, Azərbaycan dilinin tətbiqinin
təkmilləşdirilməsi (18 iyun 2001-ci il), Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi (8
avqust 2001-ci il), akademik nəşrlər haqqında (2 yanvar
2004-cü il), Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun işlənməsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı (23 may 2012-ci il ), AMEA Nəsimi
adına Dilçilik İnstitutunun maddi-texniki bazasının
gücləndirilməsi (29 may 2012-ci il) və nəhayət,
hazırkı Dövlət Proqramı dövlətimizin ana
dilimizə, onun gələcək perspektivinə göstərdiyi
qayğının bariz nümunəsidir. Doğrudan da, bu sərəncamlar
və onların yerinə yetirilməsi üçün
görülən tədbirlər xalqın bütün təbəqələrinə
dilimizin və dilçiliyimizin problemlərini açıb
göstərmək və geniş ictimaiyyətin diqqətini
onların həllinə yönəltmək, dilin keşiyində
duran qurumlara konkret kömək göstərmək
qayğısından irəli gəlib. Təkcə onu qeyd etmək
kifayətdir ki, hazırkı Dövlət Proqramını
işləyib hazırlamaq üçün görkəmli
alim, AMEA-nın müxbir üzvü K.Abdullayevin rəhbərliyi
altında respublikanın elm, təhsil, ədliyyə, mədəniyyət,
televiziya və radio kanalları, KİV-lərin nümayəndələrini,
habelə idarəetmə srukturlarını və parlament
üzvlərini əhatə edən İşçi qrupu 4 ay ərzində
mütəmadi olaraq toplaşıb ciddi diskussiyalar şəraitində
geniş tədbirlər planı hazırlamış və onu
müzakirə üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim
etmişdir. Nazirlər Kabinetində təkliflər paketinə
baxılmış və indiki variantda imzalanması
üçün Prezident Administrasiyasına təqdim
etdilmişdir. Hazırda Prezident tərəfindən imzalanan
Dövlət Proqramı icra üçün müfaviq
qurumlara ünvanlanmışdır. Sənədin ikinci və
üçüncü bölmələrində proqramın məqsəd
və vəzifələri göstərilir. Məqsəd isə
Azərbaycan dilinin müasir dövrdə işlənməsinə
və onun perspektivlərinə dövlətin, müvafiq
qurumların və ictimaiyyətin qayğılarını
artırmaqdan ibarətdir. Proqramda bu məqsədə
çatmaq üçün 11 bənddən ibarət vəzifələr
müəyyənləşdirilib. Proqramda dilin maneəsiz
işlənməsi və dilçilyin əsas istiqamətlərinin
müəyyənləşdirilməsi, dünya
dilçiliyinin zəngin irsini mənimsəmək və gələcək
inkişaf istiqamətlərini müəyyənləşdirmək,
daxili və xarici dilçilik mərkəzləri ilə əlaqələndirilmiş
işlər həyata keçirmək, müasir kompyuter
metodları ilə dilin tədqiqini və tədrisini təmin
etmək, yüksək ixtisaslı kadr hazırlığı,
informasiya və kommunikasiya texnologiyalarının tətbiqilə
dilin təhlili və sintezi, habelə maşınla tərcümə,
ədəbi dil normalarının pozulmasının
qarşısının alınması, dilimizin internet və
virtual məkanda işlənməsi üçün konkret tədbirlərin
görülməsi göstərilir.
Bu vəzifələri həyata keçirməklə biz nəyə
nail ola bilərik? Bu və bu kimi suallara Dövlət
Poqramının 4-cü bəndi kifayət qədər
dolğun və aydın cavab verir. Bunlardan bir neçəsini
nəzərdən keçirək.
1.
Dil fəlsəfəsi və dilçilik fəlsəfəsi
istiqamətində araşdırmaları hər vəchlə
həvəsləndirmək, dilin semiotik sistem olmasını Azərbaycan
dilinin materialına rəğmən
əsaslandırmaq, dilimizdə olan yazılı abidələrin
mətnlərinin semiolinqvistik və avtomatik təhlilini həyata
keçirmək, dilin tədqiqində müasir semantik nəzəriyyələri
tətbiq etmək;
2.
Respublikanın tanınmış alimlərinin cəlb
olunması ilə dilimizin monoqrafik və fundamental
qrammatikasının müasir metodların tətbiqi ilə
yazılıb çap edilməsi;
3.
Müasir tələblərə cavab verən orfoqrafik və
orfofonik lüğətlərin hazırlanması, onların
elektron versiyasının çapı, sərbəst və
internet yolu ilə dilimizin öyrənilməsinin təşkili;
4.
Dünya dilçilik irsinin dərindən öyrənilməsi
və Azərbaycana gətirilməsi üçün
onların ən yaxşılarının yüksək səviyyədə
tərcümə edilib yayılması, bununla da gənclərimizin
onları öz ana dillərində oxuyub təhlil edə bilməsi
üçün real imkanların yaradılması;
5. Azərbaycan
dilçiliyinin zəngin irsini toplayıb müntəxəbat
şəklində çap etdirmək və onlardan ən
yaxşılarını başqa dillərə tərcümə
edib dünyada yayılmasına nail olmaq;
6. Azərbaycan
dilçiliyi tarixinin yazılması və dünyanın
qabaqcıl dillərinə tərcümə edilməsi;
7. Azərbaycan
xüsusi adlarının (şəxs, yer, şəhər,
çay, dağ və s.) bir neçə dilə və eyni
zamanda, dünya ölkələrinin şəxs, yer və
media adlarının
aparıcı dillərdən dilimizə
transliterasiyası və terminoloji ensiklopediyaların hazırlanması və orfoqrafik və
orfofonik lüğətlərin
eksperimental tədqiqat metodu vasitəsilə
hazırlanması;
8. Qədim
dillərin və respublikada dil situasiyasının öyrənilməsi,
bu sahələr üzrə yüksəkixtisaslı
kadrların hazırlanması, beynəlxalq əlaqələrin
inkişaf etdirilməsi;
9.
Dilimizin təmizliyini qorumaq, alınmaların mənimsənilməsini
öyrənmək, Azərbaycan dilinin bütün sahələrdə
(radio dalğalarında, teleməkanlarda, KİV-də,
dublyajda, reklamlarda, idarəetmədə, kargüzarlıq sahələrində
normaya uyğun işlənməsinə nəzarətin
güclənməsi və s. kimi tədbirlərin həyata
keçirilməsi Dövlət Proqramında gözlənilən
nəticələr kimi dəyərləndirilə bilər.
Dövlət
Poqramının maliyyələşdirilməsi də onda
xüsusi bənd kimi göstərilmişdir.
Bundan
sonra proqramda ayrı-ayrı bəndlər üzrə tədbirlər
planı sadalanır və onların icrası
üçün müvafiq qurumlar göstərilir.
Burada
bizim Dilçilik İnstitutunun strukturca təkmilləşdirilməsi
və onun maddi-texniki bazasının müasirləşdirilməsi
ayrıca maddə ilə göstərilmişdir. Doğrudan
da, qlobal işləri günün tələbləri səviyyəsində
həyata keçirmək üçün müvafiq struktur və
müasirləşdirilmiş maddi-texniki baza
yaradılmalıdır. Artıq bu işlərin böyük
bir qismi reallaşmışdır. Respublika Prezidentinin sərəncamı
ilə instituta ayrılan vəsait hesabına son informasiya və
kommunikasiya texnologiyaları alınmış, bütün
şöbələr yeni avadanlıqlarla təmin
olunmuş, tədbirlərin əksəriyyəti
planlaşdırılmış və onların həyata
keçirilməsi reallaşdırılmaqdadır (fundamental
monoqrafik əsərin yazılması, Azərbaycan
dilçiliyi müntəxəbatı, dünya dilçilik
irsindən tərcümələr, orfofonik lüğətin
hazırlanması, Azərbaycan dilçiliyi tarixinin
yazılması və s. bu qəbildən olan işlərdəndir).
AMEA
Nəsimi adına Dilçilk İnstitutunda yeni struktur dəyişikliyini
əhatə edən əsaslandırılmış model
hazırlanmışdır və bu institutun Elmi
Şurasında müzakirə edilərək AMEA-nın
Humanitar və Sosial elmlər bölməsinə təqdim
olunmuşdur. Bölmədə müzakirədən sonra yeni
struktur dəyişikliyinin modeli AMEA-nın Rəyasət Heyətində
müzakirə ediləcəkdir.
Bununla
yanaşı, Dilçilik İnstitutunda Dövlət
Poqramında göstərilən qurumlarla birlikdə "qaynar
xətt" deyilən nəzarət mexanizmi üzərində
iş gedir. Həmçinin bizim struktur dəyişikliyimizdə
institutda dilimizin təbliği və işlənməsi ilə
bağlı monitorinq qrupunun yaradılması nəzərdə
tutulur. Hazırda Dövlət Proqramı diqqətlə oxunur
və öyrənilir, şöbələrin tədqiqat
istiqamətlərinə və mövzularına uyğun olaraq
tədbirlər planı hazırlanıb Elmi Şuraya təqdim
edilir.
Dövlət
Proqramında Azərbaycan dilinin təbliği, tətbiqi və
tədqiqi ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib
və onların yerinə yetirilməsi üçün
müvafiq qurumlar göstərilib. Həmin qurumlarla birlikdə
konkret iş görmək üçün bu Dövlət
Proqramını ciddi şəkildə öyrənmək və
sonra konkret işlər planını işləyib
hazırlamaq lazımdır.
Proqramın
icrası üçün xeyli vaxt ayrılıb (2013-2020-ci
illər). İndi bizim hər birimzin qarşısında duran əsas
vəzifə ondan ibarətdir ki, bütün qüvvələrimizi
səfərbər edib bu mühüm dövlət sənədinin
ayrı-ayrı bəndlərində göstərilən
tapşırıqları layiqincə yerinə yetirək.
Fəxrəddin VEYSƏLLİ,
AMEA Nəsimi adına
Dilçilik İnstitutunun
direktor vəzifəsini icra
edən, filologiya
elmləri doktoru,
professor
Azərbaycan.-2013.- 3 may.- S.11.