Naxçıvanda 10 ilin uğurlu elmi nəticələri

 

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə Naxçıvan Elmi-Tədqiqat və Naxçıvan Regional Elm Mərkəzinin bazalarında həyata vəsiqə alıb. Həmin sərəncamdan bir neçə gün sonra ulu öndər Heydər Əliyev muxtar respublikaya  səfər edib və AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirə keçirib.

Ümummilli lider müşavirədə bölmənin zəruriliyindən və qarşıda duran vəzifələrdən geniş bəhs edərək deyib: "Biz indi müstəqil Azərbaycanda özümüz ölkəmizin, torpağımızın sahibi olduğumuz halda, gərək bu qədim, çox zəngin tariximizi araşdırıb meydana çıxaraq və bu gün də, gələcəkdə də xalqımızın o dərin köklərini, ümumi, bəlkə də bəzən çox gözəl ifadələrlə bəzənmiş sözlərlə yox, elmi sübutlarla, elmi əsaslarla, həm öz xalqımıza çatdıraq, həm də dünyaya göstərək ki, Azərbaycan xalqının kökü haradandır, tarixi nədir və Azərbaycan bir ölkə kimi bəşər tarixində hansı yeri tutur".

Bu sərəncamın imzalanması Azərbaycanın elmi-mədəni həyatında çox böyük siyasitarixi əhəmiyyət kəsb etdi.

2003-cü il yanvar ayının 15-də fəaliyyətə başlayan AMEA-nın Naxçıvan Bölməsi ötən müddət ərzində bir çox uğurlu nailiyyətlər, mühüm elmi nəticələr əldə edib.

Bölmədə 6 elmi-tədqiqat institutu yerləşir. Tarix, Etnoqrafiya Arxeologiya İnstitutunda Naxçıvanın arxeologiyası, etnoqrafiyası, epiqrafikası, qədim, orta əsrlər, yeni ən yeni tarixinə aid elmi-tədqiqat işləri aparılır. İncəsənət, Dil Ədəbiyyat İnstitutunun əsas fəaliyyət istiqaməti mədəni proseslərin regional məsələləri mövzusu ilə bağlıdır. Naxçıvanda flora, fauna torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması səmərəli istifadəsi ilə Bioresurslar İnstitutunun əməkdaşları məşğul olur. Naxçıvanda təbii ehtiyatların tədqiqi, filiz qeyri-filizlərin kimyəvi tərkibinin müəyyən olunması sahəsində Təbii Ehtiyatlar İnstitutunun araşdırmalarını xüsusi qeyd etməliyik. Batabat Astrofizika Rəsədxanasının əməkdaşları göy cisimlərini müşahidə edir, geniş tədqiqatlar aparırlar. Onların əsas elmi-tədqiqat fəaliyyəti komet asteroidlərin öyrənilməsinə yönəlmişdir.

Əlyazmalar Fondunda da diqqətəlayiq işlər həyata keçirilir. Burada 450-dən artıq əlyazma toplanılıb. Onların arasında Naxçıvana dair tarix, tibb, ədəbiyyat, dilçilik, astronomiya, coğrafiya digər elmləri, elm sahələrini əhatə edən dəyərli kitab məktublar vardır ki, bu da qədim Nuh torpağının uzaq keçmişinin öyrənilməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir.

AMEA-nın Naxçıvan Bölməsində 5 min illik yaşı olan qədim diyardan  soraq verən arxeoloji, tarixi, memarlıq, təbiət, tarixi arxeoloji, tarixi memarlıq başqa abidələrimizi qorumaq, öyrənmək, təbliğ etmək, gələcək nəsillərin diqqətinə çatdırmaq üçün "Arxeologiya Etnoqrafiya muzeyi" fəaliyyət göstərir. Zəngin ulu keçmişə malik olan regionumuzun canlı tarixini özündə yaşadan muzeydə bölgəmizin müxtəlif ərazilərindən, o cümlədən Oğlanqala, Ovçulartəpəsi, Meydantəpə, Xaraba Gilan kimi qədim yaşayış yerlərində aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən maddi-mədəniyyət nümunələri toplanılıb nümayiş etdirilir.

AMEA-nın Naxçıvan Bölməsinin fəaliyyətini hərtərəfli əhatə edən www.ameanb.nakhchivan.az internet saytında bölmənin yaranma tarixi, əsas fəaliyyət istiqaməti, institutların ünvanları, strukturu, elmi nəticələri, habelə alimlər, elmlər doktorları, AMEA-nın həqiqi müxbir üzvləri, fəlsəfə doktorları, dissertantlar haqqında ətraflı məlumatlar yerləşdirilib. Eləcə elmi-tədqiqat işləri aparmış əməkdaşların əldə etdiyi nəticələr nəşr olunmuş əsərlər, o cümlədən kitablar, monoqrafiyalar məqalələr yer alıb. Bölmənin əməkdaşlarından doktorluq dissertasiyası müdafiə edənlərin özləri dissertasiyaları barədə məlumatlar yerləşdirilib. Bunlarla yanaşı istifadəçilərə dissertasiyaların referatları ilə tanış olma imkanı yaradılıb. Onu da qeyd edək ki, bölmədə Seysmoloji xidmət mərkəzi fəaliyyət göstərir.

Tədqiqat işlərinin səmərəli aparılması üçün elm adamlarına dövlət tərəfindən göstərilən diqqət qayğı sayəsində AMEA Naxçıvan Bölməsinin maddi-texniki bazasının gücləndirilməsi, elmi-kadr potensialının artırılması digər sahələrdə məqsədyönlü işlər görülmüşdür.

Hazırda AMEA-nın Naxçıvan Bölməsində 97 elmi işçi, 16 laborant olmaqla ümumilikdə 264 nəfər əməkdaş çalışır. Bunlardan 2 nəfəri AMEA-nın həqiqi üzvü, 4 nəfəri AMEA-nın müxbir üzvü, 6 nəfər elmlər doktoru, 53 nəfər fəlsəfə doktoru, 30 nəfər doktorant dissertant elmi-tədqiqat işlərinin aparılmasında iştirak edir. 6 elmi-tədqiqat institutunda 21 şöbə 8 laboratoriya fəaliyyət göstərir. Ötən illər ərzində bölmə əməkdaşlarının elmi-tədqiqat işlərinin nəticələri ilə bağlı 4522 sanballı elmi əsəri, o cümlədən 135 dəyərli kitabı, 66 monoqrafiyası, 12 metodik vəsaiti, 18 atlası xəritəsi, 4111 məqaləsi, 150 tezisi nəşr olunmuşdur. Əsərlərdən 5 monoqrafiya, 14 kitab, 715 məqalə, 54 tezis (cəmi 788 əsər) xarici ölkə nəşrlərində çap olunmuş, bir qismi internet saytlarına yerləşdirilmişdir. Bunlarla yanaşı, əməkdaşlar 16 patent 5 yeni birləşmə nümunəsi almışlar. Bölmənin tədqiqatçı alimləri bir beynəlxalq, beş respublika səviyyəli qrand layihələrində qalib gəlmişlər. Sevindirici haldır ki, son illər AMEA Naxçıvan Bölməsinin əldə etdiyi uğurlu nailiyyətlər ölkə KİV-i ilə yanaşı, bir çox xarici mətbuatlarda, o cümlədən nüfuzlu xarici qəzet jurnallarda, Türkiyədə, Rusiyada, Fransada, ABŞ-da, İngiltərədə işıqlandırılır.

Həmçinin əməkdaşların bir çoxu xarici ölkələrdə keçirilən beynəlxalq səviyyəli simpoziumlarda, konfranslarda elmi məruzələrlə çıxış etmişlər. Belə ki, bölmənin əməkdaşları bu illər ərzində beynəlxalq qurum elmi cəmiyyətlərlə birgə keçirilən 278 beynəlxalq konqres, simpozium konfranslara qatılaraq elmi məruzələrlə çıxış etmişlər.

On il ərzində əməkdaşların bir neçəsi elm sahəsindəki səmərəli xidmətlərinə, habelə tədqiqat müəssisələri arasındakı elmi əlaqələrin inkişafında mükəmməl müvəffəqiyyətli elmi fəaliyyətinə görə fəxri fərman fəxri adlarla mükafatlandırılıb. Belə ki, əməkdaşlardan 2 nəfəri "Əməkdar elm xadimi", 1 nəfəri "Azərbaycan Respublikasının əməkdar müəllimi", 2 nəfəri "Tərəqqi" medalı ilə təltif edilmişdir. Bölmənin 3 əməkdaşına Naxçıvan şəhərində mənzil, 1 əməkdaşına isə torpaq sahəsi verilmişdir.

Bölmədə dövlətin diqqət qayğısı ilə "Naxçıvan Ensiklopediyası" (II cild), "Naxçıvan Abidələri Ensiklopediyası" (Azərbaycan ingilis dillərində), "Naxçıvanın tarixi atlası", "Naxçıvan folkloru antologiyası" (III cild), "Naxçıvan teatrının salnaməsi", "Nuh peyğəmbər, Dünya tufanı Naxçıvan", Naxçıvan Muxtar Respublikası faunasının "Qırmızı Kitab"ının I cildi, Naxçıvan Muxtar Respublikası florasının "Qırmızı Kitab"ının I cildi digər fundamental əsərlər nəşr olunmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi "Əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənliyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr, bəs, bunu kim edəcəkdir? Bax bütün bu səbəblərdən mən Naxçıvan Muxtar Respublikasında Milli Elmlər Akademiyasının Bölməsinin yaradılması haqqında qərar qəbul etmişəm..." sözlərini yaxşı xatırlayan bölmə əməkdaşları göstərilən yüksək qayğı diqqət müqabilində fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. Kollektiv əmindir ki, bundan sonrakı fəaliyyətlərində qarşıya qoyulan vəzifələrə layiqincə əməl edəcək, muxtar respublikada elmi mühitin canlandırılması inkişaf etdirilməsinə öz töhfələrini verəcəklər.

 

 

Türkanə BƏYLƏRLİ,

AMEA-nın Naxçıvan Bölməsinin

 İnformasiya şöbəsinin əməkdaşı

 

Azərbaycan.-2013.- 3 may.- S.11.