Prezident İlham Əliyev Sumqayıtdakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə səfəri

 

Mayın 3-də Prezident İlham Əliyev Sumqayıtdakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, burada təmir işlərinə 2012-ci ildə başlanılmışdır. Meydanda 72 metr hündürlükdə dalğalanan bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bundan başqa, əraziyə bitişik park da gözəl tərtibatda yenidən qurulmuşdur. Ətrafda geniş abadlıq-quruculuq və yaşıllıq işləri görülmüşdür. Burada 18 min kvadratmetr sahəyə daş plitə döşənmiş, müasir işıqlandırma sistemi qurulmuşdur.

Prezident İlham Əliyev Bayraq Meydanında görülmüş işlərdən razılığını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 4 may.- S.2.