Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt «ASAN xidmət» mərkəzi açılmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə səfəri

 

Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt "ASAN xidmət" mərkəzinin açılışında iştirak etmişdir.

Mərkəzlə tanış olan dövlət başçısına Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verdi ki, burada ilk dəfə ölkədə tətbiq olunan elektron ərizə doldurma aparatı yerləşdirilmişdir. Mərkəzə müraciət edən vətəndaş elektron ərizəni dolduraraq eyni vaxtda çap etdirə bilər. "ASAN xidmət" mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Mərkəz internetə daim açıq olan kompyuterlərlə təchiz edilmiş və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün hər cür şərait yaradılmışdır. "ASAN xidmət" mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, uşaq əyləncə guşəsi, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir.

Qeyd edildi ki, binada əlillər üçün də bütün zəruri şərait yaradılmışdır. Binanın girişində onlar üçün xüsusi lift quraşdırılmışdır. Gözdən əlillərin sərbəst hərəkəti üçün isə hər bir mərtəbənin döşəməsinə xüsusi örtüklər vurulmuş və lövhələr onların oxuya biləcəkləri müvafiq hərflərlə hazırlanmışdır.

Mərkəzdə həmçinin vətəndaşların qəbulunun elektron növbə əsasında həyata keçirilməsi üçün ən müasir avadanlıq quraşdırılmışdır. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaqdır. Vətəndaşlara könüllülük prinsipi əsasında xidmət göstərmək üçün 30 gənc seçilmiş və onlar təlimlərə cəlb olunmuşlar.

Dövlət başçısı könüllülərlə görüşdü.

 

Prezident İlham ƏLİYEV dedi:

 

- Artıq "ASAN xidmət" Sumqayıta da gəldi, Bakıdan üç ay sonra. Keçən dəfə Sumqayıtda olarkən demişdim ki, Sumqayıtda Bakı şəhərinə xas olan bütün standartlar tətbiq olunmalıdır. Həm infrastruktur layihələri o səviyyədə icra edilməlidir, həm də ictimai yerlər, xidmət sektoru o səviyyədə olmalıdır.

İndi Sumqayıtda gözəl parklar salınır. Bu gün Heydər Əliyev Parkının vəziyyəti ilə tanış oldum. Sumqayıt, doğrudan da, ölkəmizin çox gözəl şəhərinə çevrilir Bakıdan sonra Cənubi Qafqazda ikinci böyük sənaye şəhəridir. Sumqayıtın əhalisi artır, yerləri açılır. İndi yeni yaradılan sənaye müəssisələri, texnoparklar kənar bölgələrdən işçi qüvvəsini Sumqayıta gətirəcəkdir. Yəni, burada çox olacaqdır bu mərkəz nəinki Sumqayıt sakinlərinə, eyni zamanda, Abşeron, Siyəzən, Şabran Xızı rayonlarının sakinlərinə xidmət göstərəcəkdir.

Bu, sizin üçün gözəl təcrübədir. İlk növbədə, gələcək fəaliyyətiniz üçün, hesab edirəm ki, çox vacib olan təcrübədir. Digər tərəfdən, bax, bu valantyorluq sizin niyyətinizi göstərir, onu ifadə edir. Yəni, siz cəmiyyətin fəal üzvlərisiniz. Əgər siz könüllü şəkildə, necə deyərlər, vətəndaşlara dövlətə təmənnasız kömək etmək istəyirsinizsə, deməli, sizin niyyətiniz çox xoşməramlıdır ölkəmizin ümumi inkişafına tam uyğundur. Bax, belə gənclər olmalıdır, Vətəni sevən, insanlara xoş münasibət bildirən, peşəkar, bilikli müasir. Mən sizə uğurlar arzulayıram. Sizə bax, bu təşəbbüsə görə minnətdarlığımı bildirmək istəyirəm.

 

* * *

 

Sonra Azərbaycan Prezidentinə məlumat verildi ki, mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz digər kommunal xidmətlərinin, kredit sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaqdır. Mərkəzin "Çağrı" xidməti vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala növbə tuta bilər. Mərkəzdə videomüşahidə kameraları rüsumların məbləğlərini əks etdirən rüsum tablosu da quraşdırılmışdır. "ASAN xidmət" mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu Milli Arxiv İdarəsi tərəfindən 25 hüquqi xidmət həyata keçiriləcəkdir. Bundan əlavə, mərkəzdə vətəndaşlara 22 növ funksional yardımçı xidmət göstəriləcəkdir. Korrupsiya hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi məqsədilə mərkəzdə xidmət prosesi fasiləsiz videokamera vasitəsilə qeydiyyata alınacaqdır. Xidmət prosesi müasir İP telefon İP şəbəkə sistemi ilə təmin edilmişdir. Xidmətlərin tənzimlənməsi məqsədilə elektron monitor elan tabloları qurulmuşdur. Xidmətin  "asan.gov.az" internet saytı vasitəsilə vətəndaşlar üçün "online" növbəyə yazılma, elektron ərizələr doldurma, sənədlərin müvafiq orqanlara elektron qaydada göndərmə digər imkanlar yaradılmışdır. "ASAN xidmət" mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, "bir qapı" prinsipinin tətbiqi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır.

Prezident İlham Əliyevə mərkəzin səyyar avtobusları ilə bağlı məlumat verildi.

Vurğulandı ki, "ASAN xidmət"in avtobusunda səyyar xidmət konsepsiyasının əsas komponentləri - alternativ enerji mənbələrindən istifadə olunması, nağdsız hesablaşmaların şəffaflığın təmin edilməsi, vətəndaşların dövlət orqanlarına etimadının gücləndirilməsi əksini tapmışdır. Bölgələrdə səyyar fəaliyyət göstərmək üçün "ASAN xidmət"in şəxsi heyəti hərəkət vasitələri şimal cənub qruplarına bölünəcəkdir. Səyyar qrupların hər biri şəhər rayonlarda 15 gündən bir ayadək vətəndaşlara xidmət göstərəcəkdir. Qrup müvafiq şəhər rayona daxil olarkən xidmətlərin həyata keçirilməsi üçün iki günü ərzində nəzərdə tutulmuş xüsusi məkanlarda yerləşdiriləcəkdir.

Dövlət başçısı səyyar xidmət avtobusu ilə tanış oldu.

Qeyd edildi ki, agentliyin xüsusi sifarişi əsasında Türkiyədə yığılan "Mercedes" markalı avtobus keyfiyyətli xidmətin göstərilməsi üçün yüksək zövqlə bu qəbildən olan nəqliyyat vasitələrindən fərqli şəkildə hazırlanmışdır. İş prosesində sərf olunacaq elektrik enerjisini avtobusun üzərində quraşdırılan Günəş panelləri təmin edəcəkdir. Avtobusun üzərində quraşdırılmış böyük monitorda rüsumlar, növbələr, müxtəlif görüntülər, xidmətlər barədə məlumatlar nümayiş etdiriləcəkdir. Avtobusda "ASAN xidmət"in 11 əməkdaşının eyni vaxtda vətəndaşlara xidmət göstərməsi üçün hər cür şərait yaradılmışdır. Həmçinin vətəndaşların yağışlı ya günəşli havada növbə tutmaları üçün avtobusda rahat çadır da vardır. Avtobusun qoşqusunda isə "ASAN xidmət" əməkdaşlarının istirahəti qidalanmaları üçün yüksək şərait yaradılmışdır.

Prezident İlham Əliyev mərkəzin həyətində innovasiyalar mərkəzinin yeni texnologiyaları ilə tanış oldu.

Azərbaycan Prezidenti İlham Əliyevə innovasiyalı mərkəzləşdirilmiş parklanma sistemi barədə məlumat verildi.

Diqqətə çatdırıldı ki, bu sistemin əsas məqsədi avtomatlaşdırılmış park sistemini tətbiq etməkdir. Bu sistemdən ABŞ bəzi Avropa ölkələrində artıq istifadə olunur.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 4 may.- S.2.