Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva fiziki qüsurlu uşaqlar üçün
«Qayğı» reabilitasiya mərkəzinin
açılışında iştirak etmişdir
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
mayın 3-də Nizami rayonu, Ə.Əzimzadə küçəsi,
1 ünvanında yerləşən fiziki qüsurlu uşaqlara
təmənnasız yardım göstərəcək
bağça tipli "Qayğı" reabilitasiya mərkəzinin
açılışında iştirak etmişdir.
Mərkəzin
rəmzi açılışını bildirən lenti kəsdikdən
sonra Mehriban xanım Əliyeva binada yaradılmış şəraitlə
tanış oldu. Məlumat verildi ki, "Qayğı"
reabilitasiya mərkəzi 1952-ci ildə inşa olunmuş və
Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət
göstərən "Zanbaq" uşaq bağçası
binasının bazasında yaradılmışdır. Ötən ilin sonlarından yenidən
qurulmasına başlanılan bağça binasının
konstruksiyası dəmir-beton kəmərlərlə gücləndirilmiş,
binaya 73 kvadratmetrlik tikili əlavə olunmuşdur. Ərazidə
fiziki qüsurlu uşaqların müalicəsi
üçün nəzərdə tutulmuş 265 kvadratmetrlik
qapalı hovuz inşa olunmuşdur.
Reabilitasiya
mərkəzi serebral iflic keçirmiş 30-50 uşaq
üçün nəzərdə tutulmuşdur.
Bağça tipli mərkəzdə 3 qrup üzrə 3-6
yaş arası uşaqlar tərbiyə və müvafiq
müalicə alacaqlar. Bina içməli su, yanğından
mühafizə hovuzları və 56 ədəd nəzarət
kamerası ilə təchiz olunmuşdur. Mərkəzin ərazisi
yaşıllaşdırılmışdır.
Birinci
xanım Mehriban Əliyeva mərkəzdəki prosedur, yataq,
qrup, trenajor, oyun, massaj, həkim otaqlarına baxdı, həyəti
gəzdi.
Mərkəzdəki
bütün avadanlıq Heydər Əliyev Fondunun hədiyyəsidir.
Serebral iflic xəstələri üçün nəzərdə
tutulmuş xüsusi trenajorlar İtaliya istehsalıdır.
Azərbaycanın
birinci xanımı mərkəzdə yaradılmış
şəraitdən razılığını bildirdi və
tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2013.- 4 may.- S.4.