Bakı Birinci Avropa Oyunlarına ciddi
hazırlaşır
Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva "Olimpiya kəndi"ndə
aparılan hazırlıq işləri ilə tanış
olmuşdur
Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, Birinci Avropa
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva
mayın 3-də "Olimpiya kəndi"ndə aparılan
hazırlıq işləri ilə tanış olmuşdur.
Bakının
Nizami rayonunda yerləşən, Birinci Avropa Oyunlarının
keçirilməsi zamanı istifadə olunacaq "Olimpiya kəndi"
382 min 397 kvadratmetr sahəni əhatə edir. "Olimpiya kəndi"
Avropa oyunlarının keçiriləcəyi əsas idman
komplekslərinə - Olimpiya stadionuna, Su idmanı növləri
mərkəzinə, gimnastika kompleksinə və hava
limanına yaxın olmaqla yanaşı, şəhərin
müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat
və sərfəli olduğu bir ərazidə yerləşir.
On üç yaşayış binası, yardımçı
binalardan ibarət kompleksdə iki, üç və dörd
otaqlı 1161 mənzil vardır. Burada həmçinin elektrik
yarımstansiyaları, qazanxana, yeraltı su anbarı, nasosxana,
hər binanın maşın parkı mövcuddur. Kompleksdə
3520 otaqdan əlavə 42 min kvadratmetr sahəni əhatə edən
dupleks evlərin salınması üçün də
hazırlıq işləri görülmüşdür.
Ərazidəki
1100 şagird yerlik yeni məktəb binası isə Bakı
Avropa Oyunları Koordinasiya Komitəsinin fəaliyyəti
üçün ayrılmışdır.
Xanım
Mehriban Əliyevaya məlumat verildi ki, koordinasiya komitəsinin
fəaliyyəti, burada çalışan yerli və beynəlxalq
ekspertlər üçün bütün lazımi şərait
yaradılmışdır. Binada müxtəlif
toplantıların keçirilməsi üçün
böyük və kiçik zallar, müxtəlif kabinələr
vardır. Kompleksdə voleybol, basketbol meydançaları
yaradılmışdır, qapalı
üzgüçülük hovuzu, trenajor zalı inşa
olunur. Həmçinin kütləvi informasiya vasitələri
təmsilçilərinin fəaliyyəti də nəzərə
alınmışdır. Bütünlükdə kompleksdəki
hazırlıq işləri 2014-cü ilin sonunadək başa
çatdırılacaqdır.
Birinci
Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri
Mehriban xanım Əliyeva yarışlar zamanı ölkəmizə
gələcək idmançıların və nümayəndə
heyətlərinin qalması üçün hazırlanan mənzillərdəki
şəraitlə tanış oldu.
Görülən
işlərdən razılığını bildirən
Mehriban xanım Əliyeva tövsiyələrini verdi.
Azərbaycan.-2013.- 4 may.- S.4.