Türkiyəli gənclər Azərbaycanın
dövlət rəsmiləri ilə
görüşmüşlər
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəvəti ilə Türkiyənin Tələbə Birliyinin (TTB) sədri Nihat Buğra Ağaoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
ATGTİ-nin mətbuat xidmətindən bildirmişlər ki, türkiyəli gənclər artıq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşmüş, hər iki ölkənin tələbə təşkilatları arasında mövcud əlaqələrlə tanış olmuşlar. Eyni zamanda, qonaqlar gənclər və idman nazirinin müavini İntiqam Babayev ilə də görüşmüşlər.
Mayın
5-dək davam edən səfər çərçivəsində
türkiyəli qonaqların Azərbaycanın digər dövlət
qurumları və aparıcı qeyri-hökumət təşkilatlarının
nümayəndələri ilə görüşləri
gözlənilir. Görüşlərdə ikitərəfli əlaqələrin
prespektivləri müzakirə olunacaqdır.
AzərTAc
Azərbaycan.-2013.- 4 may.- S.5.