Heydər Əliyev Mərkəzi xarici ölkələrdə Azərbaycan xalqının ümummilli liderinə həsr olunan fotosərgilər təşkil edir

 

Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli liderinin 90 illik yubileyi ərəfəsində ulu öndərə həsr olunan fotosərgilər konfranslar təşkil edir.

Mərkəzdən AzərTAc-a bildirmişlər ki, ulu öndər Heydər Əliyev irsinin yaşadılması və ölkədən kənarda təbliğ olunması baxımından mühüm əhəmiyyət kəsb edən bu fotosərgilərdə ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif  dövrləri öz əkini tapmışdır.

"Həyatdan 90 fraqment" adlı fotosərgilər mayın 5-dən etibarən Belarusda və Macarıstanda, mayın 7-dən isə Rumıniyada nümayiş olunacaqdır.

Mayın 7-də Azərbaycanın Buxarestdəki səfirliyi, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdikləri konfrans çərçivəsində keçiriləcək sərgidə Rumıniyanın ictimai-siyasi xadimlərinin, xarici ölkələrin diplomatik korpusunun nümayəndələrinin iştirakı və çıxışları nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.-2013.- 4 may.- S.8.