«Heydər Əliyev: Azərbaycan elminin keşiyində» adlı 2 cildlik sənədlər və materiallar toplusu nəşr olunmuşdur
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev: Azərbaycan elminin keşiyində"
adlı 2 cildlik sənədlər və materiallar toplusu nəşr olunmuşdur. Toplunun birinci cildinə ulu öndərin ölkəmizdə
hakimiyyətinin birinci
dövründə Azərbaycan
elminə, o cümlədən
Milli Elmlər Akademiyasının inkişafına göstərdiyi
qayğı öz əksini tapmışdır.
Toplunun bu cildinə Azərbaycan KP MK bürosunun
materialları, Mərkəzi Komitə plenumları və
partiya qurultaylarının qərarlarından
çıxarışlar, Heydər Əliyevin elmin
inkişafına həsr olunmuş
çıxışları, ayrı-ayrı vaxtlarda verdiyi
tövsiyə və göstərişlər daxil
edilmişdir.
Toplunun
ikinci cildinə isə dahi şəxsiyyətin müstəqillik
dövründə Azərbaycan elminin inkişaf etdirilməsi məqsədilə
verdiyi sərəncamlar, qəbul etdiyi qərarlar, onun alimlərlə
görüşləri zamanı etdiyi
çıxışlar, görkəmli alimlərə ali
dövlət orden və medallarının təltif olunması
barədə verdiyi fərmanlar, təbrik məktubları,
yubiley mərasimlərindəki çıxışları və
başqa materiallar daxil edilmişdir.
"Heydər
Əliyev: Azərbaycan elminin keşiyində" adlı 2
cildlik sənədlər və materiallar toplusu nəfis tərtibatda
nəşr edilərək oxuculara təqdim olunur.
Azərbaycan.-2013.- 4 may.- S.9.