Avrasiya İqtisadi
Birliyinin baş katibi Heydər Əliyev
Fondunu ziyarət etmişdir
Ölkəmizdə səfərdə olan Avrasiya İqtisadi
Birliyinin baş katibi Tair Mansurov
mayın 3-də Heydər Əliyev Fondunu
ziyarət etmişdir.
AzərTAc
xəbər verir ki, qonağa xalqımızın ümummilli
lideri Heydər Əliyevin xatirəsinə yaradılmış
fondun məqsədi və fəaliyyəti barədə məlumat
verilmişdir.
Bildirilmişdir
ki, ümummilli liderin zəngin irsini öyrənərək təbliğ
edən fond müxtəlif sosial-iqtisadi və humanitar layihələr
həyata keçirməklə Azərbaycanın tərəqqisinə,
mədəniyyətinin və tarixinin təbliğinə
kömək göstərir.
Qonaq
ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən
götürülmüş və onun fəaliyyətinin
ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə,
habelə müxtəlif eksponatlarla tanış olmuşdur.
Fondla
tanışlıq zamanı Avrasiya İqtisadi Birliyinin baş
katibinə məlumat verilmişdir ki, ulu öndərin hakimiyyətdə
olduğu dövr Azərbaycan tarixinin ən şərəfli
səhifələrindən biridir. Bu gün beynəlxalq birlik
tərəfindən ölkəmizin misilsiz uğurları kimi
qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan
nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin
bəhrələridir.
Baş
katib fenomen şəxsiyyət Heydər Əliyevin həyatının
ən müxtəlif məqamlarını əks etdirən və
Azərbaycan tarixinin bütöv bir dövrü barədə
geniş təsəvvür yaradan çoxlu sənədlərlə,
dünyanın tanınmış siyasi xadimlərinin bəxş
etdikləri hədiyyələrlə, ulu öndərə həsr
olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və
incəsənət xadimlərinin müstəqil Azərbaycan
dövlətinin qurucusu haqqında fikirləri ilə
tanış olmuş, xarici ölkələrin liderləri ilə
görüşlərdə çəkilmiş şəkillərə
maraqla baxmışdır.
Avrasiya
İqtisadi Birliyinin baş katibi fondla tanışlıqdan
sonra Xatirə kitabına ürək sözlərini
yazmışdır.
Sonda
fondun qonaqları Heydər Əliyevin şərəfli
ömür yolundan bəhs edən "Böyük
ömrün anları" sənədli filminə
baxmışlar.
Tair Mansurov fonddan zəngin təəssüratla ayrılmışdır.
Azərbaycan.-2013.-
4 may.- S.9.