Səhiyyə naziri Astara şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən səhiyyə naziri Oqtay Şirəliyev mayın 3-də Astara Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri iştirak etmişlər.

Qəbul zamanı müraciətlərin bir çoxu yerindəcə həllini tapmış, digər məsələlərin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Vətəndaşların qəbulu başa çatdıqdan sonra nazir Oqtay Şirəliyev Astara Rayon Mərkəzi Xəstəxanasının ikimərtəbəli poliklinika şöbəsində əsaslı təmir işlərinin gedişi ilə maraqlanmışdır.

 

 

Azərbaycan.-2013.- 4 may.- S.10.