Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin keçmiş Baş nazirini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Barakı qəbul etmişdir.

Görüşdə Bakıda keçiriləcək Birinci Cənubi Qafqaz Forumunun önəmi qeyd olundu və

bu tədbirin beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik bildirildi.

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 5 may.- S.1.