2009-cu il oktyabrın
9-da Kişineu şəhərində MDB
Dövlət Başçıları Şurasının
iclasında imzalanmış «Müstəqil Dövlətlər
Birliyinin sahəvi əməkdaşlıq
orqanları haqqında Ümumi Əsasnamə
barədə Qərar»ın təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2009-cu il oktyabrın 9-da Kişineu şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında imzalanmış "Müstəqil Dövlətlər Birliyinin sahəvi əməkdaşlıq orqanları haqqında Ümumi Əsasnamə barədə Qərar" (Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə birlikdə) təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən qərarın müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin qərarın
təsdiq edildiyi barədə Müstəqil Dövlətlər
Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 may
2013-cü il
Azərbaycan.-2013.- 5 may.- S.1.