2013-cü il martın 12-də Çetinye
şəhərində imzalanmış «Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya və Monteneqronun
İnsan Resurslarının İdarə Edilməsi üzrə
İdarəsi arasında Anlaşma Memorandumu»nun təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il martın 12-də Çetinye şəhərində imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Monteneqronun İnsan Resurslarının İdarə Edilməsi üzrə İdarəsi arasında Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
Anlaşma Memorandumunun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Monteneqro
Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 may 2013-cü il
Azərbaycan.-2013.- 5 may.- S.1.