2013-cü il fevralın 28-də Bakı
şəhərində imzalanmış «Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi və
Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və
Texnologiya Nazirliyi arasında Azərbaycanın biznes ictimaiyyətində
menecerlərin ixtisasının artırılması sahəsində
əməkdaşlığın davam etdirilməsi haqqında
Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il fevralın 28-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiya Nazirliyi arasında Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması sahəsində əməkdaşlığın davam etdirilməsi haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
Anlaşma Memorandumunun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Almaniya Federativ
Respublikası hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 may 2013-cü il
Azərbaycan.-2013.- 5 may.- S.2.