2013-cü il
yanvarın 21-də Pekin şəhərində
imzalanmış «Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi və Çin
Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin
Xalq Respublikası tərəfindən Azərbaycan
Respublikasına təmənnasız hərbi yardım göstərilməsi
haqqında Saziş»in
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
1. 2013-cü il yanvarın 21-də Pekin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın
1-ci hissəsində göstərilən Sazişin qüvvəyə
minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Çin
Xalq Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 may
2013-cü il
Azərbaycan.-2013.- 5 may.- S.2.