2013-cü il
fevralın 22-də Berlin şəhərində
imzalanmış «Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Maliyyə Nazirliyi arasında dövlət əmlakının
idarə edilməsi və özəlləşdirilməsi sahəsində
əməkdaşlığa dair Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
1. 2013-cü il fevralın 22-də Berlin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi bu fərmanın 1-ci hissəsində göstərilən
Anlaşma Memorandumunun
həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın
1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun
qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə
Almaniya Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 may
2013-cü il
Azərbaycan.-2013.- 5 may.- S.2.