«Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 386; 2002, ¹ 1, maddə 14; 2006, ¹ 9, maddə 743, ¹ 11, maddə 943; 2007, ¹ 11, maddə 1115; 2008, ¹ 1, maddə 8, ¹ 6, maddə 498; 2010, ¹ 8, maddə 723; 2013, ¹ 3, maddə 241) 2-ci hissəsinin ikinci və onuncu bəndlərində birinci halda "Qoruğu" sözü "və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqları" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2013-cü il

 

Azərbaycan.-2013.- 5 may.- S.2.