2013-cü il martın 11-də Zaqreb şəhərində
imzalanmış «Azərbaycan Respublikası hökuməti və
Xorvatiya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq
haqqında Saziş»in təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
sazişin qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Xorvatiya Respublikası hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 may 2013-cü il
Azərbaycan.-2013.- 5 may.- S.2.