«Reklam haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Reklam
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹1,
maddə 13; 2001, ¹10, maddə 640; 2002, ¹8, maddə 487; 2005, ¹2,
maddə 69; 2008, ¹ 1, maddə 8) 3-cü hissəsinin birinci bəndində
birinci halda "Qoruğu" sözü "və
"Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqları"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 may 2013-cü il
Azərbaycan.-2013.- 5 may.- S.2.