Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Dövlət sirrinə aid edilən məlumatların Siyahısı»nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 485; 2006, ¹ 11, maddə 948; 2008, ¹ 11, maddə 969; 2009, ¹ 4, maddə 226, ¹ 10, maddə 785; 2010, ¹ 2, maddə 80; 2012, ¹ 12, maddə 1242) ilə təsdiq olunmuş "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nın IV bölməsinin 26-cı hissəsinin "IV. Dövlət sirrinə aid edilən məlumatlar" sütunundan mötərizədəki "neft, neftlə həll olunmuş qaz" sözləri və "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütunundan "Dövlət Neft Şirkəti" sözləri çıxarılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2013-cü il

 

Azərbaycan.-2013.- 5 may.- S.2.