Azərbaycan Dövlət Teleqraf
Agentliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı
ildönümü münasibətilə yubiley tədbiri
keçirilmişdir
Mayın
4-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc-da)
ümummilli lider Heydər Əliyevin anadan olmasının
90-cı ildönümü münasibətilə yubiley tədbiri
keçirilmişdir.
Əvvəlcə
AzərTAc-ın kollektivi müasir müstəqil Azərbaycanın
banisi və qurucusu ulu öndər Heydər Əliyevin həyat
və fəaliyyətini əks etdirən fotosərgi ilə
tanış olmuş, ümummilli liderin agentliyin binasındakı
büstü önünə tər çiçəklər
düzmüşlər.
Tədbirdə
ulu öndərin və Azərbaycanın azadlığı və
ərazi bütövlüyü uğrunda mübarizədə
şəhid olmuş Vətən övladlarının xatirəsi
bir dəqiqəlik sükutla yad edilmişdir.
AzərTAc-ın
baş direktoru Aslan Aslanov ulu öndər Heydər Əliyevin
Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən,
eləcə də ölkəmizdə kütləvi informasiya
vasitələrinin inkişafına diqqət və
qayğısından bəhs edən geniş məruzə ilə
çıxış etmişdir. "Məhz ulu öndərin
uzaqgörənliyi və müdrikliyi nəticəsində
müstəqilliyimiz və dövlətçiliyimiz qorunub
saxlanmış, Azərbaycan dünyada öz layiqli yerini
tutmuş, mövqelərini möhkəmlətmişdir", -
deyən Aslan Aslanov əlavə etmişdir ki, ulu öndər
ölkəmizdə kütləvi informasiya vasitələrinin
inkişafına əlverişli şərait yaradılmasını
dövlət siyasətinin prioritet istiqamətlərindən
biri kimi müəyyənləşdirmişdir. AzərTAc da hər
zaman ümummilli liderin kütləvi informasiya vasitələrinə
diqqət və qayğısından bəhrələnmişdir.
Bu gün dünya informasiya məkanına
çıxmış AzərTAc-ın qazandığı
bütün uğurlar ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır.
Ümummilli
liderin müstəqilliyimizə əbədilik və dönməzlik
xarakteri verən titanik fəaliyyəti xüsusi
vurğulanmış, diqqətə
çatdırılmışdır ki, ulu öndərin siyasi
kursunun Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi nəticəsində ölkəmiz regionda
lider dövlətə, beynəlxalq aləmdə isə
söz və nüfuz sahibinə çevrilmişdir.
Ulu
öndərin 90 illik yubileyi ilə bağlı
çıxışlarda vurğulanmışdır ki, zaman
bizi Heydər Əliyev epoxasından uzaqlaşdırdıqca
dahi rəhbərin böyüklüyü, liderlik
xarizmasının əzəməti, onun dövlət
quruculuğu fəlsəfəsinin mahiyyəti daha dərindən
dərk edilir. Qeyd olunmuşdur ki, Heydər Əliyev müasir
müstəqil Azərbaycan dövlətini yaratmış, onun
strateji inkişaf trendlərini müəyyənləşdirmişdir.
Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş modernləşməyə
əsaslanan milli inkişaf strategiyası geniş coğrafiyada
yeni model kimi öyrənilir və tədqiq edilir.
Tədbirdə
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə
AzərTAc-da keçirilmiş analitik yazı müsabiqəsinin
və stolüstü oyunlar turnirlərinin qaliblərinə
mükafatlar təqdim olunmuşdur.
Sonda
ümummilli liderin 90 illik yubileyi münasibətilə AzərTAc-ın
multimedia və videoxəbər şöbəsi tərəfindən
hazırlanmış "Hər bir azərbaycanlının
taleyində Heydər Əliyev dühasının bir zərrəsi
var" sənədli filmi nümayiş etdirilmişdir.
Azərbaycan.-2013.- 5 may.- S.3.