Ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyinə həsr edilmiş inşa
yazı müsabiqəsinin qalibləri
mükafatlandırılmışlar
Ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar
orta ümumtəhsil məktəbləri və peşə
liseyləri şagirdləri
arasında "Heydər Əliyev məktəblilərin
gözü ilə" mövzusunda keçirilmiş inşa
yazı müsabiqəsinin qalibləri
mükafatlandırılmışlar.
AzərTAc
xəbər verir ki, mayın 4-də "Gülüstan"
sarayında təşkil olunmuş mükafatlandırma mərasimində
Milli Məclisin deputatları, ali məktəb rektorları, təhsil
işçiləri və şagirdlər iştirak etmişlər.
Əvvəlcə
ulu öndərin zəngin həyat və fəaliyyətindən
bəhs edən film nümayiş olunmuşdur.
Təhsil
naziri Mikayıl Cabbarov müasir müstəqil dövlətimizin
memarı və qurucusu, dahi rəhbər Heydər Əliyevin Vətən
və xalq qarşısında müstəsna xidmətlərindən
danışmışdır. Bildirmişdir ki, misilsiz idarəetmə
istedadına malik olan ümummilli lider Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlərdə quruculuğun,
sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, dövlətçiliyin
təminatçısı olmuş, ən çətin məqamlarda
ölkəmizin mənafeyi naminə böyük xilaskarlıq
missiyasını üzərinə
götürmüşdür.
Ulu
öndər Heydər Əliyevin təhsilə daim xüsusi
önəm verdiyini vurğulayan M. Cabbarov ümummilli liderin
ideyalarının Prezident
İlham
Əliyev tərəfindən əzmlə həyata
keçirildiyini bildirmişdir. Nazir ölkəmizdə təhsil
üzrə reallaşdırılan Dövlət
proqramlarının əhəmiyyətindən bəhs
etmişdir.
Sonra
müsabiqə barədə məlumat verilmişdir. Heydər Əliyev
Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və
İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının təşkilatçılığı
ilə reallaşdırılan müsabiqədə
respublikanın müxtəlif şəhər və
rayonlarının orta ümumtəhsil müəssisələrinin
və peşə liseylərinin şagirdləri iştirak
etmişlər. Müsabiqə üç mərhələdə
(məktəb, rayon (şəhər) və respublika mərhələlərində)
aparılmış, yekun mərhələdə 108 nəfər
iştirak etmiş, 90 nəfər qalib seçilmişdir.
Yeni
Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov
ümummilli lider Heydər Əliyevin müstəsna tarixi
rolundan danışmışdır. Dahi rəhbər Heydər
Əliyev irsinin əhəmiyyətini vurğulayan Ə. Əhmədov
ulu öndərin irsinin təhsil müəssisələrində
daha da dərindən öyrənilməsinin zəruriliyini diqqətə
çatdırmışdır.
Müsabiqə
barədə fikirlərini bildirən Ə. Əhmədov
demişdir ki, gənclər ümummilli liderin zəngin siyasi
irsindən, parlaq ideyalarından bəhrələnməklə
vətənpərvərliyi öyrənirlər.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı Səttar Mehbalıyev ulu öndər
Heydər Əliyevin gənclərə, onların təhsilinə
böyük diqqət və qayğı göstərdiyini
xatırlatmış, müdrik rəhbərin siyasi xəttinin
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini söyləmişdir.
Rabitə
və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə
dövlət başçısı İlham Əliyevin təhsilin
inkişafına böyük əhəmiyyət
verdiyini bildirmiş, bu sahənin müasir dünyada
mühüm rolundan bəhs etmişdir.
Heydər
Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun
prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təbrikini
tədbir iştirakçılarına
çatdırmışdır. Heydər Əliyev Fondunun Azərbaycanın
tərəqqisi naminə reallaşdırdığı tədbirlərdən,
layihələrdən bəhs edən İ. Mustafayev müsabiqənin
əhəmiyyətini qeyd etmiş, qaliblərə təhsildə
yeni nailiyyətlər arzulamışdır.
Sonra
müsabiqə qaliblərinə mükafatlar təqdim
olunmuşdur.
Azərbaycan.-2013.- 5 may.- S.3.