İqtisadi inkişaf naziri Şahin Mustafayev Samuxda vətəndaşları
qəbul etmişdir
Mayın
4-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Samux rayonunda,
Samuxla yanaşı, Gəncə və Naftalan şəhərlərindən,
Goranboy, Daşkəsən, Göygöl, Kəlbəcər,
Xocalı rayonlarından olan 50-dən artıq vətəndaşı
qəbul etmişdir.
AzərTAc
xəbər verir ki, qəbula gələnlər əsasən
güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti,
istehlakçıların hüquqlarının müdafiəsi,
işə qəbul, eləcə də nazirliyin səlahiyyətinə
aid olan digər məsələlərlə bağlı
müraciətlər etmişlər. Qəbul zamanı vətəndaşların
arzu və təklifləri, həmçinin şikayətləri
diqqətlə dinlənilmiş, onlardan bəziləri yerindəcə
həll edilmiş, bəziləri nəzarətə
götürülmüş, bəziləri isə nazirliyin səlahiyyətlərinə
aid olmadığı üçün müvafiq qurumlara
çatdırılması üçün qeydiyyata
alınmışdır.
Azərbaycan.-2013.- 5 may.- S.4.