Regionların sosial-iqtisadi inkişafının təməlini ulu öndər qoymuşdur

 

Xalqımız ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyini təntənə ilə qeyd etməyə hazırlaşır. Dünya şöhrətli siyasətçi, uzun illər Azərbaycana rəhbərlik etmişkeçmiş SSRİ-də mühüm vəzifələrdə çalışmış ulu öndər ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində möhtəşəm işlər görmüş, sürətli inkişafa nail olmuşdur.

Bu gün Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlər vaxtilə Heydər Əliyevin yaratdığı təməl üzərində inkişaf edir. Ulu öndər hər bir sahənin problemlərini dəqiq müəyyənləşdirmiş və onların aradan qaldırılaraq irəliləyişə nail olmağın nəzəri və praktik yollarını göstərmişdir. Götürək elə regional inkişaf problemini. Ümummilli lider böyük uzaqgörənliklə regionların inkişafının təməlini qoymuş, bu problemin həllinin nəzəri, elmipraktik yollarını müəyyənləşdirmişdir. Bu da ondan qaynaqlanırdı ki, böyük siyasətçi həm də iqtisadi qanunauyğunluqları və  nəzəriyyəni mükəmməl bilən dərin düşüncə sahibi və mütəfəkkir idi. Ümummilli lider həmçinin istənilən sahədə vəziyyətdən çıxmaq üçün real düşünmək və qəti qərarlar vermək, onları layiqincə gerçəkləşdirmək kimi nadir fenomenə, qeyri-adi istedada və qabiliyyətə malik idi. Bütün bunlar isə cəm halında çox nadir şəxsiyyətlərə xas olur.

XX əsrin 70-ci illərində Azərbaycanda bir çox sahələr kimi, regionların sosial-iqtisadi inkişafı da aşağı səviyyədə idi. Məhz Heydər Əliyevin böyük gücü, səyi və təşkilatçılığı sayəsində bölgələrin inkişafına məqsədyönlü tədbirlər yönəldildi. Bu gün ölkəmizin sözügedən sahədə nail olduğu yüksəliş və tərəqqi də bu böyük zəka sahibinin göstərdiyi yoldan başlanıb. Əgər regionların sosial-iqtisadi inkişafını tarixi mərhələlərlə izləsək, görərik ki, mərkəzi şəhərlərlə yanaşı, rayonların yüksəlişi Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi hələ ilk illərdən elmi-nəzəri və təcrubi-əməli cəhətdən əsaslandırılıb. Başqa sözlə, bu inkişafın təməli Heydər Əliyev dühası tərəfindən təmin olunub. Elə buna görə də Heydər Əliyevi haqlı olaraq regionların sosial-iqtisadi inkişafının ön plana çəkilməsinin və həllinin  müəllifi adlandırırlar. Belə ki, ümummilli lider Heydər Əliyev rayonların iqtisadi inkişafı və sosial tərəqqisi məsələsinin irəli çəkilməsinin səbəb-nəticə əlaqələrini doğru-dürüst müəyyənləşdirmiş, onu əsaslandırmış, təkmilləşdirmiş və obyektiv iqtisadi qanunauyğunluq kimi formalaşdırmışdır. Beləliklə, rayonların inkişafı dövlətin iqtisadi siyasətinin və fəaliyyətinin tərkib hissəsinə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyev "Tək əldən səs çıxmaz" fikrini qlobal bir şəkildə dərinləşdirmiş və göstərmişdir ki, ölkənin tərəqqisini təkcə onun mərkəzi şəhərlərinin imkanları hesabına həll etmək və nəzərəçarpan sosial-iqtisadi nəticələr əldə etmək mümkün deyil. Bu mühüm problemi həll etmək üçün ölkənin regionlarının təbii və əmək ehtiyatları da hərəkətə gətirilməli, problemin həlli prosesinə qoşulmalı, bütünlükdə ölkənin inkişafında onların rolu və əhəmiyyəti, iştirakı miqyası artırılmalı və genişləndirilməlidir.

Xalqımızın ümummilli lideri eyni zamanda sosial-iqtisadi inkişafda regionların fəallığının artırılmasının mühüm səbəblərini formalaşdırmış və təsnifləşdirmişdir. Sübut etmişdir ki, regionların sosial-iqtisadi inkişafı məsələsinin ön plana çəkilməsi və onların davamlı tərəqqisinə nail olunması zərurəti bir sıra səbəblərdən irəli gəlir. Bunlar ümumi iqtisadi məhsulun artması, regionların iqtisadi cəhətdən  möhkəmləndirilməsi əsasında şəhərlə kəndin sosial tərəqqisinin bərabərləşməsi, mərkəzi şəhərlərlə regionların iqtisadi cəhətdən yaxınlaşmasıdır.

Ölkənin maliyyə imkanlarında ayrı-ayrı ərazilərin rolunun artması da regionların sosial-iqtisadi cəhətdən inkişafının sürətlənməsini tələb edir. Bundan başqa ərazidə yaşayan əhalinin təminatı, bu ərazilərin bütünlükdə ölkə əhalisinin təchizatında iştirakı, regionlarin təbii imkanları və gücünün ölkənin sosial-iqtisadi tərəqqisinə cəlb edilməsi və qovuşdurulması amilləri də regionların mövqeyinin artmasını, ərazilərin inkişafını qəti olaraq şərtləndirir. Həmçinin regionların inkişafı onların imkanlarının ölkənin sosial-iqtisadi inkişafına cəlb edilməsinə və qoşulmasına əlverişli şərait yaradır. Bütün bunlara müvafiq infrastrukturun yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli istehsalın formalaşması, regionların əhalisinin  tələbatının ödənilməsi, sənaye istehsalının artımı, idxaldan asılılığın azaldılması, yenidaha çox daimi yerlərinin açılması, yoxsulluğun işsizliyin səviyyəsinin aşağı düşməsi və s. tələblər irəli gəlir. Ölkənin mövcud durumunu, çatışmazlıqları real öyrənmək, onların aradan qaldırılması üçün qəti qərarlar qəbul etmək və icrasını təşkil etmək qətiyyəti də məhz bu məqsədləri qarşıya qoyan ulu öndər Heydər Əliyevə məxsus idi. Odur ki, sözügedən istiqamətdə inkişaf Heydər Əliyev düşüncəsi və zəkasının məhsuludur. Ümummilli lider siyasət, idarəetmə və digər məsələlərlə yanaşı, iqtisadi siyasətin qanunauyğunluqlarını, bütünlüklə iqtisad elminin tələblərini dərindən bilir və onların düzgün və səriştəli şəkildə tətbiqinə nail olurdu.

Regionların sosial-iqtisadi inkişafının möhkəmləndirilməsi və daha sonra bu prosesin sürətlənməsi məsələsi ümummilli liderin hələ respublikaya rəhbərliyinin birinci dövründə özünün səmərəsini göstərə bilmişdir. Belə ki, 1969-1982-ci illərdə regionların sosial-iqtisadi inkişafının davamlı və dayanıqlığını təmin etmək üçün ərazilərdə 250-dən çox sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Onu da vurğulamaq vacibdir ki, 1920-1970-ci illərdə ölkənin regionlarında bu qədər müəssisə tikilməmişdir. Ulu öndərin hakimiyyətinin ikinci dövründə də bu sürətlə davam etdirilmiş, ölkənin inkişafında regionların roluxüsusi çəkisi xeyli artmışdır. Ona görə də cəsarətlə demək olar ki, keçmiş ittifaqdamüasir dövrdə ölkəmizdə regionların sosial-iqtisadi inkişafını təmin etmək ideyasının müəllifi ümummilli lider olmuşdur.

Heydər Əliyev regionların sosial-iqtisadi inkişafına bütünlükdə ölkənin tərəqqisinə nail olmağın əsas imkanlarından biri kimi baxmış və bunu prioritet istiqamət olaraq qarşıya qoymuşdur. Aparılan araşdırmalar göstərir ki, hələ dünyanın heç bir ölkəsində, o cümlədən keçmiş ittifaqda regionların sosial-iqtisadi inkişafı proqramları qəbul edilməmişdir və buna görə də haqlı olaraq ümummilli lider Heydər Əliyev bu ideyanın və nəzəriyyənin müəllifi hesab olunur.

Ölkənin regionlarının sosial-iqtisadi inkişafının sürətlə aparılmasında, bu sahədə Heydər Əliyev ideyalarının, kəşfinin ardıcıl davam etdirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri çox böyükdür. Prezidentin fərmanı və sərəncamı ilə regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramı qəbul edilmişdir. Birinci Dövlət Proqramı müvəffəqiyyətlə reallaşdırılmış, ikincinin isə həyata keçirilməsində əsaslı nailiyyətlər əldə edilməkdədir. Bunu ölkəmizdə son 9 ildə qazanılmış müvəffəqiyyətlər də sübut edir. Bu dövlət proqramlarının həyata keçirildiyi illərdə minlərlə müəssisə istifadəyə verilmiş, 2012-ci ildə iqtisadiyyatın qeyri-neft sektoru 10 faizə yaxın artmışdır. Bir faktı da qeyd etmək lazımdır ki, ölkəmizdə 2004-cü ildə orta əməkhaqqı 100 dollar olduğu halda, indi bu rəqəm 500 dollar təşkil edir. Həmin müddətdə orta pensiya 20 dollar səviyyəsindən 200 dollara qalxmışdır. Son 9 ildə 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 olimpiya-idman kompleksi tikilmişdir.

İş adamlarına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan güzəştli kreditin həcmi 1 milyard 200 milyon manat olmuşdur. Prezident İlham Əliyev 2013-cü il fevralın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda demişdir: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları artıq 9 ildir ki, uğurla icra edilir. Hesab edirəm ki, proqramların qəbul olunması ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox əhəmiyyətlidir. Proqramın icrası onu göstərir ki, 2004-cü ildə bəyan edilmiş niyyətimiz artıq reallığa çevrilmişdir. Son illərdə və xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsi nəticəsində aqrar istehsalında ciddi və nəzərəçarpacaq dərəcədə nailliyyətlər qazanılmışdır".

Respublika Prezidenti İlham Əliyevin regionlara səfərləri çərçivəsində 250 müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılışı və təməlqoyma mərasimi keçirilmişdir. Eyni zamanda keçən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2419 sahibkara 218 milyon manat güzəştli kredit verilərək 9100-dək yeni yeri açılmışdır. Bundan başqa həmin fondun vəsaiti ilə maliyyələşdirilmiş 94 istehsal, emalinfrastruktur müəssisəsi fəaliyyətə başlamışdır. "Aqrolizinq" xətti ilə 10 rayonda aqroservis filialları yaradılmış, bu da 1785 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıqları deməkdir. Damazlıq mal-qaranın artması üçün isə 10 milyon manat vəsait ayrılmışdır.

Ümummilli lider Heydər Əliyevin nəzəriyyə və ideyasına, Prezident İlham Əliyevin şəxsi qərarı ilə regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının müddəalarına ciddi əməl edilməsi nəticəsində həmin proqramın icrasının 4-cü - 2012-ci ilində də əsaslı və köklü müsbət nəticələr əldə edilmişdir. Daha bir neçə rəqəmə diqqət yetirək: keçən il 120 min yeni yeri açılmış, 93 min nəfər daimi işlə təmin edilmiş, 5,4 min yeni müəssisə istifadəyə verilmiş, regionların hər birinin inkişafı üçün əlavə tədbirlər hazırlanmış, rayonlarda daha konkret məsələlərin reallaşdırılmasından ötrü əlavə olaraq 232,5 milyon manat vəsait verilməsi barədə dövlət başçısı 64 sərəncam imzalamışdır.

Regionların sosial-iqtisadi inkişafının Heydər Əliyev ideyası və nəzəriyyəsinin reallaşdırılması istiqamətində ümummilli liderin doğulduğu, boya-başa çatdığı, işlədiyi bütün dövrlərdə xüsusi diqqət  yetirdiyi Naxçıvan iqtisadi rayonunda da əsaslı tədbirlər həyata keçirilməsi sayəsində ciddi nailiyyətlər əldə edilmişdir. Belə ki, son 9 ildə olduğu kimi, 2012-ci ildə də regionların sosial-iqtisadi inkişafının dövlət proqramlarının tələblərinə əməl edilməsi nəticəsində ciddi və əsaslı dönüşlər qazanılmışdır. Həmin dövrdə muxtar respublikada ümumi daxili məhsul ondan əvvəlki ilə nisbətən 16,1 faiz artaraq 424,3 min manata çatmış, bir nəfərə düşən ümumi daxili məhsul 4973,8 manat olmuş və 15,4 faiz çoxalmışdır.

2012-ci ildə tikintiya əsaslı təmirdən sonra ümumilikdə 724 müxtəlif təyinatlı obyekt istifadəyə verilmiş, 29 infrastruktur obyektinin inşası və əsaslı təmiri davam etdirilmişdir. Bundan başqa həmin il 28 inzibati bina tikilmişya yenidən qurularaq istifadəyə verilmiş, 14 kənd mərkəzi əhalinin xidmətinə verilmişdir. Onu da göstərmək lazımdır ki, 2012-ci ildə regionda 19 hüquqi və 1326 fiziki şəxs qeydiyyata alınmış, sahibkarlara 58680 min manatdan çox kredit verilmişdir ki, bu da ondan əvvəlki ilə nisbətən 24,2 faiz çoxdur. Göstərilən ildə xeyli orta məktəb binası tikilmişdir.

Naxçıvan iqtisadi regionunda bütün sahələrdə və sferalarda sürətli inkişaf davam edir. Beləliklə, regionların davamlı sosial-iqtisadi inkişafı özləri ilə yanaşı bütünlükdə dövlətin iqtisadi qüdrətinin artmasına, onun sosial tərəqqisinə və bütün münasibətlərdə möhkəmlənməsinə əsaslı töhfə vermiş və kömək göstərmişdir. Regionların və ölkənin inkişafı bir-birini tamamlayir, bir-birini şərtləndirir, başqa sözlə, bir-birilə dialektik vəhdət təşkil edir. Bütün bunlar regionların sosial-iqtisadi inkişafının nəzəriyyəsi və təcrübəsinin nəticəsidir.

Ümummilli liderin bu ideyasının, nəzəriyyəsinin və onun reallaşdırılması alətinin (mexanizminin) bənzəri yoxdur. Bu, Heydər Əliyevin nəzəriyyəsidir. Və bir daha qeyd edək ki, hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə regionların sosial-iqtisadi inkişafı ideyasını məhz ulu öndər irəli sürmüş, onun reallaşdırılmasının elmi-nəzəri və əməli məsələlərini işləyib hazırlamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin regionların sosial-iqtisadi inkişafı nəzəriyyəsi onun əməli-praktiki əhəmiyyəti nəzərə alınaraq dünyanın ayrı-ayrı ölkələrində də istifadə və tətbiq edilə bilər.

 

 

Asif ŞİRƏLİYEV,

Naxçıvan Dövlət Universitetinin

professoru, iqtisad elmləri doktoru

 

Azərbaycan.-2013.- 5 may.- S.9.