Dilim dillər tacıdır
Dil xalqın ən qiymətli sərvəti, onun əbədiyaşam pasportudur. Dil millətin tamlıq, bütövlük və monolit həmrəylik vəsiqəsidir. O, bütün dövrlərdə, bütün ictimai-siyasi parametrlərdə xalqın dəyişməz və sabit qalan mənəvi dəyərdir. Ulu öndər Heydər Əliyev vaxtilə türk dünyası yazarlarının III qurultayındakı nitqində iftixarla demişdi: "Mən fəxr edirəm ki, türk dilləri qrupuna daxil olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur. Öz şirinliyinə görə o, əsl şeir dili, poeziya dilidir. Dilimizin o qədər böyük lüğət fondu var ki, biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə asanlıqla ifadə edə bilirik".
Azərbaycan dilinin tədqiqi sahəsində apardıqları ciddi araşdırmalara görə hələ 1974-cü ildə respublikamızın bir qrup dilçi aliminin dövlət mükafatına layiq görülməsi, ana dilimizin statusunun daha da möhkəmləndirilməsi, Azərbaycan dilinin tarixinə, dialektologiyasına və digər çoxsaylı dil problemlərinə dair fundamental tədqiqatlar aparılmasına yardımçı olacaq yeni bir elm məbədinin - respublikamızda ilk dilçilik institutunun yaradılması da ulu öndərin ana dilimizə diqqət və ehtiramın bariz nümunəsidir. Məhz ümummilli liderimizin ana dilimizə tükənməz məhəbbətinin və möhkəm prinsipiallığının nəticəsidir ki, 1978-ci ildə Konstitusiyamızın 73-cü maddəsinə Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi bir müddəa daxil edildi. Hər bir məsələnin imperiyanın ciddi nəzarəti altında olduğu o ağır dövrdə bütün müttəfiq respublikalar arasında ilk dəfə olaraq Azərbaycanda ana dilinə dövlət dili statusu verilməsi çox böyük risk tələb edən, sözün əsl mənasında misilsiz hünər, qətiyyyət və cəsarətli bir addım idi.
Milli Məclisin 4 yanvar 2003-cü ildə qəbul etdiyi "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu və dil siyasəti haqqında normativ aktlar da o dahi şəxsiyyətin ana dilimizə olan tükənməz sevgisinin və onun daha da zənginləşməsi və tərəqqisi naminə apardığı mübarizənin əyani sübutudur.
Respublika
Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixdə
"Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı"nın təsdiq edilməsi
haqqında imzaladığı sərəncam da ana dilimizin
dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi,
dünya azərbaycanlılarının əsas ünsiyyət
vasitəsinə çevrilərək beynəlxalq aləmdə
nüfuzunun daha da yüksəldilməsi, milli həmrəyliyin
daha da qranitləşməsi yolunda atılan uğurlu addım
kimi dəyərləndirilməlidir. Ürəyimin dərin
qatlarından süzülüb gələn
aşağıdakı misralar da məhz doğma ana dilimizə
olan tükənməz məhəbbətin təzahürüdür:
Daim şöhrət olub ulu tarixə,
Günümüz, ayımız, ilimiz bizim.
Anamız
Həvvanın bətnindən
qopan,
İlk insan səsidir dilimiz bizim.
Qiyməti bilinməz bir incidir o,
Yarışa girməsin dünya
dilləri,
Onsuz da bilirəm, birincidir o.
Ucalır
içimdən qürurlu
bir səs:
Fars dilin hökmdar taxtından yıxıb,
Orda Türk dilimi əyləşdirən kəs,
Mahmud Qəznəvi yox, Sultan Murad yox,
Dahi Füzulimiz oldu, əzizim!
Qələmi qələbə çaldı
dilimdə,
"Leyli Məcnun"iylə Yer kürəsini,
O heyrət toruna saldı dilimdə.
Tanrı
gücündədir dilimin
gücü,
100 bal zəlzələdir zilimin gücü.
Bununçün "Türkmənçay" mənim içimdən
Ulu cənubumu qoparsa belə,
Qədim
şimalımı qoparsa
belə,
Dilimi dilçəkdən
qoparammadı.
Hətta
dar ayaqda qoparılsa da,
Mənsiz
bir dünyaya aparılsa da,
Dilçək ki, qalacaq...o, dilə candır.
Çünki dilçək özü Azərbaycandır.
Dilsiz vahid ürək söküm-sökümdür,
Dil milli əxlaqım, milli kökümdür
Xalqım bu kök üstə
pərvəriş tapıb.
Qışım da bahardı, yazdı bu dildə,
Əcdadım holavar nəğmələrini,
Torpaq varaqlara
yazdı bu dildə.
Dahi Üzeyrim "Koroğlu cəngi"n,
Dünyanın qəlbinə qazdı bu dildə.
Mən
60 milyonluq dil sahibiyəm,
70 məmləkətdən pərvaz
eyləyib,
"Mən varam"
hayqıran zil sahibiyəm.
Ona qurban verrəm özümü belə,
Mən bütün dillərin lüğət fonduna,
Dəyişməm adi bir sözümü
belə.
Şəhriyar yad dilin əsarətində,
Susmadı...qeyrətdə öndərdi
bizə.
O "Heydər babaya salam" sovqatın,
Doğma dilimizdə göndərdi
bizə.
Bu gün içimdəki yara bağımın,
Mənim
mənsiz qalmış
Qarabağımın,
Mənim
Təbrizimin, Zəngəzurumun,
Ərzi
silkələyən zilidir
bu dil!
Bu gün beş
qitədə pərvaz
eyləyən,
Ana himnimizin dilidir bu dil!
Yurdumun hər çölü-biyabanında,
Müqəddəs Şəhidlər xiyabanında
Dolaşan ruhların dilidir
bu dil!
Bir insan səsinə möhtac saraydan,
Qoynu səs-küy
dolu kaha yaxşıdır.
Öz ana dilini danan
kimsələr,
Lal olsa, kar olsa
daha yaxşıdır!
Min il yaşasam
da ondan doymaram,
Anamın
dilidir bu dil...qoymaram,
Ona yad dillərdən peyvənd vurula.
Lalədir, nərgizdir, qızılgüldür
o,
Görün bir necə də
ətir qoxuyur.
Dinləyin bülbülün şaqraq
səsini,
O mənim dilimdə nəğmə oxuyur!
Alqış dilimdəki ulu qeyrətə,
Mənim
"Şur dəsgahı"m,
"Zabul segah"ım,
Bu dildə dünyanı
saldı heyrətə.
Doğuldum...bu dildə oxundu laylam,
Körpəm də bu dildə
bəslənəcəkdir.
Şadam,
öləndə də
mənim ruhuma
Bu dildə dualar
səslənəcəkdir.
Dumanlı olsa da bu gün qarşımız,
Yenə
də bu dildə ucalacaqdır,
Sabah Qarabağdan zəfər marşımız!
Zeynal VƏFA
Azərbaycan.-2013.- 5 may.- S.11.