«Ay və digər səma
cisimləri də daxil olmaqla,
kosmik fəzanın tədqiqi və istifadəsi
üzrə dövlətlərin fəaliyyət prinsipləri
haqqında» Müqaviləyə qoşulmaq
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikası "Ay və digər səma cisimləri də
daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi
üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında"
1967-ci il yanvarın 27-də imzalanmış Müqaviləyə
qoşulsun.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel
2013-cü il
Azərbaycan.-2013.- 7 may.- S.2.